Ukraynalı müğənni Ani Lorak ölkə prezidenti Volodimir Zelenskinin tədbiq etdiyi sanksiyalara görə Kiyevdəki mənzilini itirib.
Bizim.Media xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.
Lorakın daşınmaz əmlakının ümumi sahəsi 400 kv. metr, qiyməti isə 1,5 milyon dollardır (təxminən 2,6 milyon manat).
Nəşr qeyd edir ki, məhdudiyyətlərə məruz qalan başqa bir müğənni Taisiya Povalinin Ukraynada kənd evi və üçmərtəbəli malikanəsi olub.
Lakin onların taleyi barədə məlumat verilmir.
Oktyabrın 20-də Volodimir Zelenski Ukraynada doğulan, lakin Rusiyada fəaliyyət göstərən müğənnilər Taisiya Povaliy, Ani Lorak və Anna Sedokova, həmçinin teleaparıcı Regina Todorenkoya qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, 2022-ci ildə Ani Lorakın şirkəti Rusiyada ləğv edilib.
Rəşad Əliyev, Bizim.Media