KTMT Kollektiv Təhlükəsizlik Şurasının cümə gününə planlaşdırılan iclası çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünə hazırlıq keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu iclas həm də qarşıdan gələn sammitə hazırlıq çərçivəsindədir”, – deyə Peskov jurnalistlərə bildirib.
O qeyd edib ki, Ermənistan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşəbbüskarıdır.
Bizim.Media