Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, telefon danışığında KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasına hazırlıq müzakirə edilib.
Qeyd edək ki, oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək. Sessiyada KTMT-nin Azərbaycan-Ermənistan sərhədindəki missiyasının işinin nəticələri müzakirə olunacaq.
Bizim.Media