İŞİD İranın Şiraz şəhərində yerləşən məqbərədə törədilən terror aktını öz üzərinə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, onlarla insan yaralanıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri terrorçuların ikisini saxlayıb, 1 nəfər isə hələ də azadlıqda olduğu bildirilib.
Bizim.Media