"İşğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarımızın 30 faizindən çoxu formalaşır".
Bizim.Media xəbər verir ki, məlumatına görə, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
"Araz çayının bir hissəsi bu ərazilərdən keçir. Xaçınçay, Araz, Tərtər çayı, Qarqar çayı öz başlanğıcını Ermənistandan götürür.
Aparılan araşdırmaların nəticələri yaxşı olmayıb. Suların tərkibində həyat üçün təhlükəli olan elementlərin miqdarı normadan çoxdur".
Bizim.Media