“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri bəyan edib ki, hökumət bunun üçün lazım olan hər şeyi edir:
“Sərhədlərin delimitasiyası prosesi yekunlaşana qədər bunu başa çatdırmağa çalışacağıq. 1991-ci ildəki sərhədlər əsas götürülərsə, bu, mümkündür”.
Bizim.Media