Rusiya erməniləri ittifaqı (REİ) Paşinyana səslənərək Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulması qərarına yenidən baxmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı REİ-nin İdarə Heyəti yayıb.
Mənbə yazır ki, Paşinyan tərəfindən Zatulinin Ermənistanda arzuolunmaz şəxs kimi elan edilməsi erməni xalqına qarşı yönəlmiş addımdır.
Xatırladaq ki, Rusiyanın ermənipərəst deputatı, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Konstantin Zatulinin Ermənistan Respublikasına girişi qadağan edilib. Paşinyanın ailəsinə məxsus “Aykakan Jamanak” qəzetinin saytı mövzunu belə izah edib:
“Zatulin ictimai müsahibələrində dəfələrlə Paşinyan hakimiyyətini 44 günlük müharibədə məğlub olmaqda ittiham edib”.
Üstəlik, Ermənistanın daxili siyasi həyatına müdaxilə edən Zatulin Nikol Paşinyanın vəzifədən getməsinin vacibliyini dəfələrlə dilə gətirib. Yeri gəlmişkən, erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın da Ermənistana girişinə qadağa qoyulub.
Bizim.Media