“İxrac potensialının uğurla reallaşdırılması xarici ticarət əlaqələrində pozitiv dinamikanı təmin edir”.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" səhifəsində yazıb.
"Bu ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73,3% artaraq 39,81 mlrd. dollar, ixrac isə 101,6% artaraq 29,52 mlrd. dollar olub”, - deyə nazir qeyd edib.
Bizim.Media