“Şuşada Türkiyə konsulluğunun açılması İrana cavab ola bilməz” – Sahib Alıyev

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərdən qayıdarkən jurnalistlərə verdiyi müsahibədə Şuşada baş konsulluq açacaqlarını ifadə edib.

Türkiyə liderinin bu açıqlaması isə ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Həm əksər siyasilər, həm də cəmiyyət qardaş ölkənin Şuşada konsulluğunun olmasını müsbət qiymətləndirib.
Eyni zamanda Ərdoğanın bu açıqlamasını İranın Qafanda konsulluq açmasına cavab kimi şərh edənlər də oldu.

Lakin millət vəkili Sahib Alıyev fərqli düşünür. O, Bizim.Media-ya verdiyi açıqlamada qeyd edib ki, Türkiyənin Şuşada konsulluq açacağı hələ Şuşa Bəyannaməsi imzalanan gündən bəlli idi:

“Rəcəb Tayyib Ərdoğanın Şuşada açılacaq Türkiyə konsulluğunun anonsunu verməsi İranın Qafanda konsulluq açmasına cavab deyil və ola da bilməz.

Çünki sonuncunun bu addımı düşünülməmiş, regionda təhlükəsizliyin təmini üçün yox, onu təhdid məqsədilə yaradılmış, regional əməkdaşlığı və inteqrasiyanı, kommunikasiyaların açılmasını tormozlamaq niyyəti güdür.

Biz unutmamalıyıq ki, Şuşada konsulluq açmağı planlaşdıran Türkiyə Azərbaycanla birgə sülh və 6-lıq formatı çərçivəsində  regional əməkdaşlıq təklifi ilə çıxış edib. Bəs İran bu yöndə nə edib? Heç nə”.

Sahib Alıyev bir digər mühüm məqama da toxunub:

“Diqqət yetirməliyik ki, Türkiyənin Şuşada konsulluq açması Qarabağda hayların qalıb yaşamalarına hər iki qardaş dövlətin müsbət yanaşdıqları anlamını daşıyır. Qafanda konsulluq açan İranla Ermənistan necə, azərbaycanlıların həmən Qafana, Zəngəzurdakı digər yurd yerlərinə dönmələrinə razıdırlarmı, bunda maraqlıdırlarmı? Düşünmürəm”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Arsenal"ın ƏN YAXŞISI seçildi

"Arsenal"ın ƏN YAXŞISI seçildi

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - SARI XƏBƏRDARLIQ

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

“İran ABŞ bazalarına raket zərbələri planlaşdırır” - KİV

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Bu bürclər ciblərində ŞANSLI BİLETLƏ doğulurlar

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

Stadionun vəziyyətinə görə matç TƏXİRƏ SALINDI

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagird HƏBS EDİLDİ

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilidi

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

“İdrak” liseyində güllələnən müəllimin SON VƏZİYYƏTİ

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Nazir: “Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır”

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Ərdəbildə baş verən etirazlardan yeni görüntülər - VİDEO

Azərbaycan klubunda yeni məşqçi

Azərbaycan klubunda yeni məşqçi

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

İnsan alverinə görə axtarışda olan qadınların SİYAHISI

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin atası NƏLƏR DANIŞDI ? – VİDEO

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Müəllimini güllələyən şagird onu öldürməklə bağlı "öhdəlik" götürüb - Hadisə ilə bağlı ŞOK DETALLAR

Elgizlə Tolik qohum oldu -VİDEO

Elgizlə Tolik qohum oldu -VİDEO

Ac qarnına bu İÇKİNİ içsəniz...

Ac qarnına bu İÇKİNİ içsəniz...

Tarkan konsertlərindən 500 milyon qazandı

Tarkan konsertlərindən 500 milyon qazandı

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

Çin avtomobillərində ÖLÜMCÜL TƏHLÜKƏ – Azərbaycanda da qadağa qoyulacaq?

AZTV-nin sədr müavininə AĞIR İTKİ

AZTV-nin sədr müavininə AĞIR İTKİ

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Bakıda sayğac FIRILDAĞI - Pulları götürüb aradan çıxdı

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

Xocavənd sakinləri yırtıcı heyvanın əlində ACİZ qalıblar - VİDEO

17 fevralda 4 bürcün həyatı dəyişəcək

17 fevralda 4 bürcün həyatı dəyişəcək

“Roma”nın qapıçısı “Beşiktaş”da

“Roma”nın qapıçısı “Beşiktaş”da

End of content

No more pages to load

RADİO