Rusiyanın məşhur aparıcısı və müğənnisi Olqa Orlovanın Bakı səfəri burnundan gəlib.
Bizim.Media xəbər verir ki, Milandan Bakıya gələn sənətçi baqajını itirib.
Olqa bu haqda sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Biz hava limanına endik. Deyirlər, hər şey yaxşı olacaq, hə, əlbəttə! Baqajımız itdi, iki saatlıq axtarış heç bir nəticə vermədi. Ən bezdiricisi odur ki, mədə ağrılarım üçün iynə və dərmanlarım var, onsuz heç nə edə bilmirəm. Düzü, pula və çamadana görə çox əsəbiləşdim.
Çox ümid edirəm ki, çamadan tapılacaq, heç olmasa baqajı itirdiklərindən daha tez taparlar (əsas ümidini itirməməkdir) Və pul, əlbəttə ki, geri qaytarıla bilməz ...
Amma həmişə özümə təsəlli edirəm ki, mələyim məni daha pis şeydən xilas etdi. Keçən il məndə oxşar vəziyyət olmuşdu, oğurluq bu itkidən on dəfə çox idi. Və təbii ki, çox üzüldüm.. Sadəcə paylaşmadım”,- deyə ifaçı bildirib.
Rəşad Əliyev, Bizim.Media