"Amerika və Avropa Ukraynada müharibənin başlamasına şərait yaratdıqdan sonra indi də İranı münaqişə tərəflərindən birini dəstəkləməkdə ittiham edir".
Bizim.Media xəbər verir ki, bu barədə İranın XİN sözçüsü Nasir Kənani İranın Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələr göndərmələri ilə bağlı ittihamlarına münasibət bildirərkən deyib.
"Biz Ukrayna məsələsində müharibənin tərəfi deyilik və tərəflərə silah ixracatçısı da deyilik. İran və Rusiya arasındakı münasibətlər heç bir beynəlxalq qanunları pozmur. İran İslam Respublikası bu cür piarlara məğlub olmayacaq".
Nasir Kənani İran hərbçilərinin Krımda olması xəbərini də təkzib edib.
Bizim.Media