Türkiyənin pop ulduzu Hadisədən boşanan milyonçu iş adamı Mehmet Dinçerler özünə yeni villa alıb.
Bizim.Media xəbər verir ki, Mehmet sosial şəbəkə hesabında dənizə açılan əsrarəngiz mənzərədə aldığı yeni iki mərtəbəli malikanəsinin görüntülərini paylaşıb.
Diqqət çəkən məqam isə villanın sökük və təmirsiz vəziyyətdə olması olub.
Mehmet paylaşdığı görüntülərə “loarding” sözünün yazması isə tez bir zamanda təmir işlərinə başlayacağı və malikanəyə köçməsinə işarə vurub.
Qeyd edək ki, aprelin 30-da nikahlarını rəsmləşdirən Hadisə ilə Mehmet 5 aydan sonra - sentyabrın 30-da beş dəqiqə ərzində rəsmi şəkildə boşanıblar.
Rəşad Əliyev, Bizim.Media