Türkiyənin məşhur ulduzu Özcan Deniz Zekeriyaköydə özü, anası və ailə üzvlərinin komfortlu yaşaması üçün 4 villanın yerləşdiyi geniş bir ərazini satın alıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, 50 yaşlı sənətçi hər villa üçün 30 milyon lirə (təxminən 2,7 milyon manat) ümumilikdə isə 120 milyon lirə (təxmini 11 milyon manat) xərcləyib.
Hər biri 3 mərtəbədən ibarət olan villaların qarşısında böyük baxçaları və ümumi hovuzu var. Hazırda Ö.Deniz evlərin təmiri ilə məşğuldur. Təmirin yayda bitəcəyi, ifaçının həmin vaxt ailəsi ilə birlikdə evlərinə köçəcəyi bildirilib.
Rəşad Əliyev, Bizim.Media