"Bu şəhərdə" yumoristik estrada teatrının aktyoru, Əməkdar artist Rafael İskəndərov arxivini üzə çixarıb.
Bizim.Media xəbər verir ki, sənətçi orta təhsilini aldığı 201 saylı məktəbdə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
O, paylaşdığı şəkillərə "Nizami rayonu, Keşlə qəsəbəsi, 201 saylı orta məktəbin 1979-1989-cu il məzunları.
Allah dünyasını dəyişən müəllim və sinif yoldaşlarımıza rəhmət eləsin" sözlərini şərh bölməsinə yazıb.
Rəşad Əliyev, Bizim.Media