"Qadını xoşbəxt etmək çətin deyil, onlar diqqət istəyir. Öz ananı sevdiyin kimi həmin qadını istəsən, o sənin hər zaman qulluğunda hazır olacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə qonaq olduğu "Açıq söhbət" verilişində deyib.
Sənətkar, ailədə yaranan problemlərə görə həmcinslərini günahlandırıb:
"Kişilər evlənənə qədər qadının arxasınca sürünür, ailə qurduqdan sonra diqqət azalır. Günah qadında deyil. Qadını pis yola çəkən onun öz əridir, kişidir. Kişilər kişi olsalar, qadınlarımız pis yola getməzlər. Bu aksiomadır".
Rəşad Əliyev, Bizim.Media