Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil

Ermənistan Baş nazirinin  açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, onlar  danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyil”.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyevin sözlərinə görə, Ermənistan rəhbərliyi bu açıqlama ilə özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır: “Bununla, rəsmi İrəvanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur. Ermənistanın Baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir.   

Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır. 

Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

Prezident İlham Əliyev tərəfindən beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan etmişdir.   

Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir. 

Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Millimiz Belarusa QALİB GƏLDİ

Millimiz Belarusa QALİB GƏLDİ

Azərbaycan və Pakistanın XİN başçıları arasında telefon danışığı olub - FOTO

Azərbaycan və Pakistanın XİN başçıları arasında telefon danışığı olub - FOTO

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Mənzurə 30 min borca düşüb - VİDEO

Mənzurə 30 min borca düşüb - VİDEO

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Dembele yenidən ZƏDƏLƏNDİ

Dembele yenidən ZƏDƏLƏNDİ

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

40 yaşlı futbolçudan YENİ REKORD

40 yaşlı futbolçudan YENİ REKORD

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

Maslenitsa bayramında “Labubu” YANDIRILDI - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO