İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, görüş zamanı regional məsələlər müzakirə edilib.
Abdullahian İran Prezidenti İbrahim Rəisinin adından Ermənistanın Baş naziri Nikol Paşinyanı Tehrana dəvət edib.
O qeyd edib ki, İran qonşularla, xüsusən də Ermənistanla münasibətlərə önəm verir.
Bizim.Media