Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda xəstəxanada AKP sədrinin müavini Binəli Yıldırıma, şəxsi mühafizəçisinə və millət vəkili Şamil Ayrıma baş çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Ərdoğan Yıldırımla Ayrımın səhhəti ilə maraqlanıb, onlara şəfa diləklərini çatdırıb. Ərdoğanı səhiyyə naziri Fahrettin Koca müşayiət edib.
Azərbaycanda yol qəzasına düşən Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Cəbrayıldan qayıdarkən yol qəzasına düşüblər.
Bizim.Media