Aparıcı Aytən Səfərova yerli radiostansiyaları tənqid edib.
Bizim.Media xəbər verir ki, aparıcı axşam saatlarında radiolarda musiqi əvəzinə həmkarlarının söhbətlərini dinləməkdən təngə gəldiyini bildirib.
“Axşam beşdən sonra insan işdən çıxıb avtomobildə musiqi dinləyərək gərginliyini azaltmaq istəyir. Hansı radionu açırsan, hamısında danışırlar. Bütün radiolarda “dır-dır” gedir. Axı nə qədər danışmaq olar? Arada musiqi də verin də”, - deyə A.Səfərova bildirib.
Rəşad Əliyev, Bizim.Media