Müğənni Aysel Əlizadənin ailə qurub boşandığı iddia olunub.
Bizim.Media xəbər verir ki, bu iddianı Ayselin həmkarı Sevinc Ağaşirinova “Səhər mərkəzi” verilişində irəli sürüb.
Sevinc bildirib ki, Aysel gizli şəkildə Türkiyədə ərə gedib. Amma bu evliliyin uğursuz oduğunu görən müğənni daha sonra boşanıb.
“Türkiyədə yaşayırdı. Eşitmişdim ki, orada ərə gedib. Sonra dedilər, boşanıb. Özündən eşitməmişdim, evləndiyini söylədilər, dedim ki, Allah xoşbəxt etsin. Haradasa 1 ildir Ayseldən xəbərim yoxdur”.
Rəşad Əliyev, Bizim.Media