Ötən ayın 30-u 5 aylıq evliliyini 5 dəqiqədə boşanaraq sonlandıran Türkiyənin pop ulduzu Hadisənin yeni ildə çıxışından qazanacağı qonorarın məbləği açıqlanıb.
Bizim.Media türk mətbuatına istənadən xəbər verir ki, başı konsertlərinə qarışan sənətçi yeni ildə Kirprda otellərin birində səhnəyə çıxacaq.
Konsertlərində səhnə şousu və perfomansı ilə olay yaradan Hadisə çıxışı üçün 2 milyon 800 lirə (təxminən 255 min manat) qonorar alacaq.
Qeyd edək ki, Türkiyənin meqastarı Tarkan Şimali Kipr Türk Respublikasında yeni il gecəsi çıxışından 5 milyon lirə (təxminən 458 500 manat) qonorar alacaq.
Rəşad Əliyev, Bizim.Media