Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 12 669,4 milyon manatı və yaxud 61,9 %-i cari xərclər, 6 608,3 milyon manatı və yaxud 32,3 %-i əsaslı xərclər, 1 193,0 milyon manatı və yaxud 5,8 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4 % çox, 39,9 % çox və 21,2 % azdır.
Bizim.Media