“Hazırda KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası ilə bağlı məsələ müzakirə edilir. Liderlər videokonfrans vasitəsilə KTMT-nin Ermənistandakı missiyasının işinin nəticələrindən danışacaqlar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səsləndirib.
“O cümlədən İrəvana yardımın göstərilməsi üzrə tədbirlər təklifini və Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərmək üçün qərar layihəsini nəzərdən keçirəcəklər”, deyə o, qeyd edib.
Bizim.Media