Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Bizim.Media "Hürriyet"ə istinadən xəbər verir ki, Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, Zəngilanda “Dost Aqropark”ın açılış mərasiminə qatılacaq.
Eyni zamanda, Türkiyə dövlət başçısı Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində iştirak edəcək.
Bundan sonra R.T.Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü keçiriləcək və birgə mətbuat konfransında çıxış edəcək.
Bizim.Media