Ermənistan İran istehsalı olan PUA-ların alınması ilə bağlı Tehrana müraciət edib.
Bizim.Media xəbər verir ki, bu fikirləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və İranın Ali Rəhbərinin baş hərbi köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi səsləndirib.
Onun sözlərinə görə, təxminən 22 ölkə İran istehsalı olan PUA-ların (pilotsuz təyyarələr) alınması üçün müraciət göndərib.
"Hazırda İran pilotsuz təyyarələrinin alınmasına namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digəriləridir", - Səfəvi bildirib.
Bizim.Media