Rusiyanın İrkutsk şəhərində Ermənistan vətəndaşına işgəncə verərək onu öldürməyə cəhd edən iki nəfər saxlanılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, sui-qəsdin təşkilatçısı 35 yaşlı milliyyətcə erməni olan Miro Usuboviç Miroyandır. O, bir neçə nəfərlə birgə sentyabrın 1-də zərər çəkən şəxsi ələ keçirərək ona vəhşicəsinə işgəncə veriblər.
Əvvəlcə kişini döyüblər, sonra maçete (xəncərə bənzər soyuq silah) ilə əllərinin sümüklərini qırıblar, ayaqlarına atəş açıblar.
Nəticədə zərərçəkən qaça bilib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hücum edənlər və güllələnən şəxs ermənidir. Münaqişəyə səbəb 500 min rubl və avtomobil üstündə mübahisə olub.
Bizim.Media