“Mən roman yazmışam, “Quran” yox”

Onunla müsahibəm heç də asan olmadı. Çox işi olduğundan vədələşmək mümkün olmurdu. Söhbət millət vəkili, özünün də dediyi kimi yazıçı Aqil Abbasdan gedir. Onun Moderator.az-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

-Aqil müəllim, sizi daha çox hansı təqdimat qane edir? Millət vəkili ya yazıçı?

-Millət vəkili şərəfli bir addır. Amma mən özümü yazıçı kimi tanıyıram və belə təqdimat daha çox ürəyimcə olur.

-Ilk məqaləniz nə zaman nəşr olunub?

-Ilk məqaləm səkkizinci sinifdə oxuyarkən Ağdamın “Lenin yolu”qəzetində nəşr olunub. O zaman ilk qonorarım sovetin pulu ilə 3 manat 60 qəpik olmuşdu. Dəqiq yadımda deyil bu pulu nəyə xərcləmişdim. Çox güman ki, dostlarla kinoya getmişəm.

-Elə bir peşə varmı düşünürsünüz ki, jurnalist olmasaydım, mütləq bu sahəni seçərdim?

-Tanrı mənim bəxtimə jurnalistliyi yazıb. Əgər belə bir şansım olsaydı, çox güman ki, rəssam olardım.

-“Ədalət” qəzetini necə yaratdınız?

-Ədalət qəzetini 1990 ”“ cı ildə Mərkəzi Komitə yaradıb. O zaman Azərbaycanda Hüquqşunaslar İttifaqı var idi. O vaxt belə bir qərar çıxarıldı ki, hər respublikada hüquq qəzeti dərc olunsun. Bu qəzet Moskvada , bir də Pribalitikada nəşr olunmağa başladı. Elə bu zamanlar Azərbaycanda bu qəzetin Hüquqşunaslar İttifaqının orqanı kimi dərc olunmasına qərar verildi. Idris Əliyev bu ittifaqın sədri, Adil Minbaşı isə onun birinci müavini idi. Adil Minbaşı eyni zamanda mənim gənclik dostum idi. Bu qəzet açılanda Adil məni bura baş redaktor təyin etdi. Mən çox təkid etdim ki, qəzetin adı “Ədalət” olsun. Bunun da səbəbi o idi ki, hüquq ədalətdən keçir. Amma mənim fikrimə qarşı çıxırdılar. Səbəb də bu idi ki, vaxtı ilə Ədalət Müsavatyönlü partiya olub. Bizim çox səylərimizdən sonra qəzetin adı Ədalət oldu. Təxminən iki il dövlət qəzeti kimi nəşr olunduqdan sonra onu müstəqilləşdirdik. Adil Minbaşı təsisçi, mən isə baş redaktor oldum. Hal- hazırda Adil Minbaşı və mən Ədalətin həmtəsisçiləriyik.

-Müxalifətdə dostunuz çoxdur, yoxsa iqtidarda?

 -Hər ikisində dostlarım var. Müxalifətdə Mehman Cavadoğlu,Vurğun Əyyub yaxın dostlarımdır.

-Gələn il deputatlığa namizədliyinizi verəcəksiniz?

-Gələn ilə hələ çox var. Bu haqda heç nə deyə bilmərəm.

-Məmməd Arazı birinci tanımısınız, ya İradə xanımı?

-Mən Məmməd Arazı hələ orta məktəbdə oxuyandan tanıyırdım. Onun bütün şeirlərini əzbər bilirdim. Şəxsən Məmməd Arazla 1972 ”“ci ildə tanış oldum. Siyavuş Sərxanlının vasitəsi ilə tanış olmuşdum. Məmməd Arazın şeirinə illustrasiya çəkmişdim. Çox heyf ki, o şəkil indi qalmayıb. Bu şəkil vasitəsi ilə tanışlığımız baş tutdu. Ondan sonra bir ”“ iki dəfə gördüm onu. Sonra taleyin işi idi, biz qohum olduq.

-Məmməd Araz bir şair kimi ürəyindən keçənləri şeirlərə köçürməyə macal tapdımı, yoxsa deyilməmiş çox sözlər qaldı?

-Məmməd Araz nəinki Azərbaycanda, demək olar ki, dünyada tanınan şair idi. Sadəcə onun səhhəti yol vermirdi ki, öz içindəkiləri oxucularına tam çatdırsın. Amma dedikləri də kifayətdir.

-Ağcabədidə anadan olmusunuz, amma sizi daha çox Ağdamlı kimi tanıyırlar.

-Hər zaman doğulduğum yer haqqında yalnış məlumat verilir. Mən Ağcabədi rayonunun Bayat kəndində anadan olmuşam. Bayat kəndi özü də daxil olmaqla beş kənddən ibarətdir: Bayat ,İmamoğlubəyli, Hacılar, Kolanı, Qaraxanı. Mən orda Kolanıda anadan olmuşam. Birinci sinifə də orada getmişəm. 9 yaşım olanda biz Ağdama köçmüşük. Ağdama da bu məqsədlə köçdük ki, həm anam ağdamlı idi, həm də buranın perspektivi daha üstün idi.

-Ağdam Sizə daha doğmadır, ya Ağcabədi?

-Mən ümumiyyətlə fərq qoymuram. Azərbaycanın bütün bölgələri mənə əzizdir. Ağcabədidə ata nəslimin qəbri, Ağdamda isə ana tərəfimin qəbri var. Mən bunlar arasında necə fərq qoya bilərəm ki?

Sadəcə olaraq mən Ağdama daha yaxınam. Yeniyetməlik çağlarım, gənclik illərim Ağdamda keçib. Orta məktəbi orda oxumuşam.

-Inşallah Ağdam işğaldan azad olarsa yenidən gedib orada yaşayarsınız?

-Indi də mənim Ağdamda evim var. Bacım, qardaşım, hamısı ordadır. Mən müharibədən öncə də orda yaşamamışam. 70 ”“ ci ildə Ağdamdan çıxmışam. Artıq 44 ildir ki, Bakıda yaşayıram. Mənim məqsədim var ki, orada oxuduğum 2 saylı məktəbi yenidən, amma köhnə proyektlə tikdirim. Bunu nəyin bahasına olursa olsun edəcəm, hətta Bakıdakı evimi satası olsam belə. O çox böyük məktəb idi. O zaman orda 1400 ”“ 1500 şagird təhsil alırdı. Indinin özündə də rayonlarda o boyda kollektiv yoxdur, olsa ”“ olsa Bakı şəhərində ola bilər. amma Ağdam haqqında bir arzum var idi. Hələ müharibədən öncə reallaşdırmağa başlamışdım. Orda şəxsi kitabxana tikmək istəyirdim. Orda kitabxana çox idi. Bundan əlavə mənim Ağdamdakı evimdə kitabxanam var idi. Orada on beş min kitabım var idi, hamısı yandı. Arzum bu idi ki, orada yaşlanandan sonra gedib dincəlmək üçün bir ev tikim. Bu evi həm də kitabxana etməyi düşünürdüm. Çünki məndə nadir kitablar var idi, hansı ki, bu kitablar nəinki Ağdamda, heç Bakıda da yox idi. Istəyirdim ki, bu kitablardan tək mən yox, eyni zamanda camaat da bəhrələnsin.

Doğulduğum Bayat kəndində öz vəsaitimlə kitabxana tikmişəm. Kitabxana Füzulinin adını daşıyır. Qarşısında dahi sənətkarın möhtəşəm abidəsi ucalır, insanların dincəlməyi üçün gözəl bir park var.

-“Dolu” romanınız bəzi tənqidçilərin hədəfinə tuş gəldi. Bu tənqidlərə münasibətiniz necədir?

-Bəziləri mənim əsərimi tənqid etdi. Bunlardan İradə Musayeva, Qantural yadımdadır. Mən roman yazmışam, “Quran” yox.  Bəli, tənqidçi var, oxucu gözü var və oxucu öz iradını bildirməlidir.

-Iradə Musayeva “Dolu” romanında Ağdam şəhərini həddindən artıq təriflədiyinizi, Ağdamı yersiz olaraq “dünyanın ən varlı şəhəri” adlandırdığınızı irad tutub.

-Siz mənə cavab verin görüm özünüz “Dolu” romanını oxumusunuz?

-Xeyr, oxumamışam.

-Bu sizin üçün “minus” dur. Məndən müsahibə alırsınız amma mənim romanımı oxumamısınız. Bunu da saytda yazarsınızmı?

-Problem yoxdur,yazaram.

-Belə olmalıdır, jurnalist hamısın yazmalıdır, olduğu kimi.

-Aqil müəllim, söz verirəm ki, oxuyacam. Amma indi xahiş edirəm sualıma cavab verin.

-Mənim romanımda Ağdam sözü yoxdur. Ümumiyyətlə, bu romanda nə şəhər , nə rayon, nə də insan adı var.

Burada hamısı ləqəblərdir. Drakula, pələng, baza müdiri,rəis kimi personajlardır. Bir Lənkəran şəhərinin adı qeyd olunub. Məsələ burasındadır ki, mən adını çəkməsəm də oxucular söhbətin Ağdamdan getdiyini anlayıblar. Deməli Ağdam dünyanın ən zəngin şəhəri olub. Mənim fikrimdə Ağdam elə dünyanın ən varlı şəhəri olub. Mən çox ölkələrdə olmuşam. Nyu-Yorkda, Türkiyədə  küçələrdə, körpülərin altında, vitrinlərdə dilənçilər yatırdı. Amma mən Ağdamda belə insanlar görməmişdim, orada insanlar zəngin yaşayırdı. Adi bir katibə o zaman oğlunu pulla Kənd Təsərrüfatına qoyurdu, maşın alırdı.

Sözümün canı odur ki,Ağdam həqiqətən də varlı şəhər idi. Hələ o zaman orda tikilən evlər, imarətlər indi- indi Bakıda tikilməyə başlayır. SSRİ respublikasında maşın alma statistikasına görə Ağdam birinci yeri tuturdu.

Zəngin şəhər o deməkdir ki, insanlar rahat yaşasın, normal həyat tərzi sürsün. Ağdamda sovet hökuməti olmayıb. Orda insanlar üçün nə prokuror, nə katib, nə rəis kimi rütbələr saya salınmayıb. Rəisi kabinetində güllələyiblər, rəisin maşının polis idarəsinin qarşısında yandırıblar.  Qaçaq Hüseyn günün günorta çağı rəisi doğramışdı. Ağdam camaatı öz qanunları ilə yaşayıb. O rayonda deyə bilməzdin ki, filankəs böyük adamdır. Çünki orda belə adamlar çox idi.

-“Dolu” romanının film çəkilişi zamanı insanlar arasında ajiotaj yaranıb.

-Bəli, bu film sərhəddə, səngərdə çəkilirdi. Böyük çəkiliş heyəti var idi. Insanlar elə bilirdi ki, biz Ağdama keçirik. Hətta bu film çəkilişi zamanı insanları sakitləşdirəndə avtobusdan yıxıldım. Nəticədə ayağım sındı, iki ay yerdə yatdım.

Lalə Novruzlu

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 fevralda iş olacaq?

2 fevralda iş olacaq?

Kürdəmirdə AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı

Kürdəmirdə AĞIR QƏZA: Qadın sürücü və 3 sərnişin xəsarət aldı

“Rusiya Ukraynada sülhün təmin olunması üzərində işləyir” - Uitkoff

“Rusiya Ukraynada sülhün təmin olunması üzərində işləyir” - Uitkoff

“Gəlinimin günahı yoxdur, oğluma ömürlük həbs verilsin” - Ağdamdakı insidentin TƏFƏRRÜATLARI - VİDEO

“Gəlinimin günahı yoxdur, oğluma ömürlük həbs verilsin” - Ağdamdakı insidentin TƏFƏRRÜATLARI - VİDEO

"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı

"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı

SON DƏQİQƏ: İran müharibəyə hazırlaşır

SON DƏQİQƏ: İran müharibəyə hazırlaşır

Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış

Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış

Prezident: “Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”

Prezident: “Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”

Prezident İlham Əliyev Məsud Pezeşkiana ZƏNG EDİB

Prezident İlham Əliyev Məsud Pezeşkiana ZƏNG EDİB

“Toppuş bacı”nın HƏYAT YOLDAŞI: “Allaha yalvardım ki, Tünzaləni bizə bağışla, qızım balacadır” - FOTO

“Toppuş bacı”nın HƏYAT YOLDAŞI: “Allaha yalvardım ki, Tünzaləni bizə bağışla, qızım balacadır” - FOTO

"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov

"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov

Şeyx Əbdül xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəm ki... "

Şeyx Əbdül xəstəxanadan danışdı: "Zəng edib, Rasim Balayevə deyəcəm ki... "

Südün sümükləri möhkəmləndirməsi ilə bağlı iddialar yalan imiş - ARAŞDIRMA

Südün sümükləri möhkəmləndirməsi ilə bağlı iddialar yalan imiş - ARAŞDIRMA

Bu marşrutlar üzrə yeni avtobuslar 50 qəpik gedişhaqqı ilə İŞLƏYƏCƏK

Bu marşrutlar üzrə yeni avtobuslar 50 qəpik gedişhaqqı ilə İŞLƏYƏCƏK

"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə QALİB GƏLDİ

"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə QALİB GƏLDİ

İranda daha bir yaşayış binasında partlayış oldu, ölənlər var - VİDEO

İranda daha bir yaşayış binasında partlayış oldu, ölənlər var - VİDEO

“Putinlə görüş olmadan ərazi məsələlərini həll etmək mümkün deyil” - Zelenski

“Putinlə görüş olmadan ərazi məsələlərini həll etmək mümkün deyil” - Zelenski

Qışın ortalarında BÜRCLƏRİ nə gözləyir?

Qışın ortalarında BÜRCLƏRİ nə gözləyir?

“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir

“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir

Zelenski xarici ölkələrə köçən ukraynalıları müharibəyə ÇAĞIRDI

Zelenski xarici ölkələrə köçən ukraynalıları müharibəyə ÇAĞIRDI

İlk dəfə elektron qaydada eksternat imtahanları KEÇİRİLDİ

İlk dəfə elektron qaydada eksternat imtahanları KEÇİRİLDİ

Millimizin üzvü Serbiya KLUBUNDA

Millimizin üzvü Serbiya KLUBUNDA

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

End of content

No more pages to load

RADİO