Rəhim Qazıyevdən qalmaqallı açıqlamalar

 Moderator.az mühacirətdə olan həmkarımızı Könül Sərdarlının keçmiş müdafiə naziri Rəhim Qazıyevlə müsahibəsini təqdim edir:

- Rəhim bəy, Xocalı faciəsi törədilən ərəfədə Şuşadaydınızmı?

 - Bəli. O zamanlar mən Şuşa şəhərində idim. Hadisə öncəsi ayağımdan yaralanmışdım və qoltuq ağacı ilə gəzirdim.

 - Sizin Xocalıya yardım etmək imkanınız var idimi?

 - O zaman bizim Şuşada bir ədəd BM21-imiz var idi. Xankəndindən Şuşanı 366-cı alayın (rus) zabitləri tank vasitəsilə koordinatla vururdular. Bizim Şuşada tankımız yox idi, BTR-lər vardı. BMP-lərin isə 25 yanvar 1992-ci ildə Daşaltı əməliyyatı zamanı aidiyyatı sürsatı işlədilmişdi. Onlar sadəcə yararsız qutu kimi Şuşada dururdu. Biz qeyrətli oğulların köməkliyi ilə bir xeyli qrad mərmiləri gətirmişdik. Bunları 1991-ci ilin dekabırının sonlarında rus zabitindən pulla almışdıq. Amma qradı işlətmək üçün mütəxəssisimiz yox idi. Mən Şuşadan çıxanda kilsənin zirzəmisində 6 min qrad mərmisi qalmışdı, 6 min də Turşsuda var idi. Qrad çox güclü artilleriya qurğusudur və mütəxəssisimiz olsaydı, ondan səmərəli istifadə edə bilərdik. O, elə bir qurğudur ki, onu "pozisiya"ya çıxarmaq lazım deyil, istər dağın dalına yerləşdir, koordinatları döğru verdikdən sonra nişan alınan nöqtəni dəqiqliklə vurur. Şuşada "elektroset"də mühəndis işləyən Adil adlı bir şuşalı balası vardı. O, qraddan atəşı "dədə-baba" qaydası ilə açırdı. Biz bir nəfəri çıxardırdıq vışkaya, o, oradan binoklla baxırdı və bizdə geoloqların işlətdiyi simli telefon aparatı vardı, onunla qradın vurduğu nöqtəni bizə söyləyirdi və onun istiqamətləndirməsi ilə atılan mərmi haraya düşdüyünü, bir az sağa-sola, irəli-geri atılması gərəkdiyini söyləyirdi, məsələn, hədəfdən 100 metr uzağa düşdü və Adil onun məlumatına görə qradın meyil bucağını bir az dəyişirdi, beləliklə də hədəfi dəqiqləşdirirdik. Atdığımız bir neçə mərmidən sonda biri hədəfə düşürdü. Bu minvalla Xankəndində əsas obyektlərin hamısını dağıtmışdıq. Fevralın 13-ü, Malıbəylinin işğal olunduğu günün  səhəri mən yaralanmışdım və yeriyə bilmirdim. Bu, bizim dəstəyə salınmış xainin əliylə olmuşdu. Bizdən 8 nəfər öldü, 6 nəfər yaralandı.

 - Kim idi o xain?

 - İndi o qəhrəmandır, məni ittiham edirlər. Adı Emin Məmmədov.

   Biz Xankəndini beləcə atəşə tuturduq və orada alovun hündürlüyü 50-100 metrə qalxırdı. Çünki ayaqqabı fabrikində tez alışan maddələr vardı. İnsanların "ulama" səsi bizə qədər gəlib çatırdı. Gəncədə yerləşən 23-cü diviziyanın 366-cı alayı Xankəndində idi və diviziyanın  komandanı general Budeykin idi. İndi səfir olan Eldar Həsənov o dövrdə Gəncədə polis rəisi idi. O, mənə zəng etdi və dedi ki, Rəhim müəllim, sizinlə general Budeykin danışacaq, xahiş edirəm onunla biraz mülayim olasınız.  Cavab verdim ki, mən bilirəm kimlə necə danışmaq lazımdır!

General dəstəyi əlinə alan kimi başladı rus söyüşləri ilə mənə hədə-qorxu gəlməyə ki, bəs, sən kimsən, 366-cı alayın şəhərciyinə atəş açmısan?!

366-ci alayın zabitləri bizi tankla vururdular, hərbçi idilər və koordinatlarla atəş açaraq evləri dağıdırdılar. Tankın atəşı 10 km-ə qədər gedir. Hava xətti ilə Xankəndindən Şuşaya 4 km-dir.

Mən də Budeykinə dedim ki, sənin zabitlərin Şuşanı atəşə tutur, sən onlara de, atmasınlar, mən də atmayım. Mənim ruslarla müharibə etmək fikrim yoxdur. O söz verdi ki, bizim tərəfə atəşi dayandıracaq.Lakin heç 2 saat keçməmiş yenə bizə atəş açdılar. Bizdə də qrad hazır vəziyyətdə idi, biz də atdıq. Həmin oğlan - Adil sağ salamatdır şükür Allaha. Olanları təsdiq edə bilər.

Sonra rus vertolyotu qalxıb gəldi Şuşaya. İndi Ayaz Mütəllibov da özündən razı danışır, amma dövlət başçısı təpər sahibi olsaydı SSRİ dağıldıqdan sonra rus generalı Azərbaycan ərazisində Xankəndini qorumaq üçün Şuşaya vertolıyot qaldırıb atəşə tutmaq əmri verə bilməzdi.  Ayaz Mütəllibov o vaxt susub oturmuşdu.

Vertolyotlar gəlib Şuşaya atəş açdılar və OMON-un bir BTR-i vuruldu, iki döyüşçüsü yaralandı. Bundan sonra 18-i, 20-i  və 22-i eyni hadisələr təkrarlandı. Fevralın 25-indən 26-sına keçən gecə - faciə gecəsi Şuşada möhkəm duman idi. O üzdən biz qraddan istifadə edə bilmirdik. Dediyim kimi mütəxəssis yox idi və hədəfi gözlə görə bildiyimiz halda atəş aça bilirdik.

 Hücüma keçəcək imkana da malik deyildik, 4 dənə piyadaların döyüş maşını vardı, lakin dediyim kimi boş qutudan fərqlənmirdi. Mərmisi olmayan döyüş maşını ilə hucuma keçilər? Vallah, əlimdə hər hansı imkan olsaydı, hər şeyi edərdim. Ayağımdan da yaralı idim və yeriyə bilmirdim. Yerisəydim, irəlidə gedib, uşaqları ardımca aparardım.  Döyüşçülərin əlində olan atıcı silah isə kalaşnikov avtomatı idi. Biz bununla nə edə bilərdik axı?

 

 - Bəs Ağdamda vəziyyət necə idi?

 - Həmin dövürdə 366-ci alay Xankəndində yerləşirdi. Biri var biz əli yalın Xankəndinin üzərindən Xocalıya gedəydik, biri də var Ağdamdan, Əsgərandan keçib Xocalıya girəydilər. Ağdamda Xocalıya hücuma keçmək üçün nələr var idi: 12 ədəd T72 tank, 12 ədəd BMP2, 44 ədəd dördtəkərli üstü plemyotlu BRDM, bir o qədər də BTR, 49 ədəd dolu dağıdan (kristal və alazan tipli) toplar, mərmi kifayət qədər, 3 min atıcı silah; avtomat, plemyot, 3 mindən də artıq canlı qüvvə. Ağdamın Muradbəyli kəndindəki "ximçast"ı (kimyəvi hərbi hissə) hadisədən üç gün qabaq Rövşən Cavadovun köməyilə Ağdam camaatı ələ keçirmişdi. Ordan  44 ədəd BMVM, 75 ədəd üstündə kimyəvi zərbə zamanı kimyəvi radiasiyanın dərəcəsini ölçmək üçün avadanlıq olan UAZ avtomobili götürülmüşdü. Tamerlan Qarayev də o zaman Ağdamda idi və onun ağsaqqallığı ilə özündən 2 dəfə qiymətli avadanlıq bir tərəfə atıldı,  UAZ-lar isə kolxoz-sovxoz sədrlərinə paylanıldı.

 Ayaz Mütəllibovun indi xəyanətkar adlandırdığı, amma o zaman A. Mütəllibovun ən yaxın adamı olan, Bakı şəhər icrayə komitəsinin sədri Rüfət Azayev (Allah rəhmət eləsin!) hökumətin puluna ruslardan 4 ədəd qrad BM21 alıb, general Dadaş Rzayevlə göndərmişdi Ağdama.

    Xocalı ilə Ağdamın arasında isə bir dənə Əsgəran var və saydığım texnika ilə Əsgəranı tapdayıb keçmək olardı. Amma hərəkətə gəlib, hücuma keçmirlər”¦Üstəlik 4 qrad qaçırılır”¦

 

 - Maraqlı məqama gəlib çatdıq. Bu qradların qaçırılması və hazırlanan hücumun pozulması haqqında Camal Əhmədov da öz kitabında ətraflı yazıb. Sizin Xocalıya hücum əməliyyatı hazırlanmasından xəbəriniz vardımı?

 - Xeyr. Mən Şuşada idim və belə əməliyyatdan xəbərim yox idi. Həmin gün telefonla danışıb, onlara yalvarmışam ki, mənim əlimdə heç nə yoxdur, siz Ağdamdan hücuma başlayın. Ayaz Mütəllibovla telefon əlaqəsi yaratdığımda, o, məni əmin edirdi ki, Xocalıya kömək olacaq.

 - Demək, hamının xəbəri vardı ki, o gecə Xocalıya ermənilər tərəfindən hucum olacaq?

 - Bütün gecə mən Xocalıdakı rabitəçi qızlarla əlaqədə olmuşam. Ayaz Mütəllibovla bir neçə dəfə telefonla danışmışam. O da mənə deyirdi ki, nə varsa göndərmişik, kömək edəcəklər!

- Bəs niyə kömək olmadı?

 - Ağdama yetərincə hərbi texnika göndərilmişdi və orada əvvəldən də olan texnika, böyük miqdarda sursat vardı. Buna baxmayaraq, general Dadaş Rzayev oturub BTR-də gedib durmuşdu Goranboy-Ağdam tərəfdə. Sanki, bu insanın hərbidən xəbəri yox idi. Bilirsiniz, parakəndəlik var idi.

 - Ağdamda rəsmi hərbi səlahiyyət sahibi (cavabdeh) kim idi?

 - Səlahiyyət Dadaş Rzayevin əlində idi. Ali Baş komandan oraya onu göndərmişdi. Ondan qabaq Tahir Əliyev-DİN-də idarə rəisi, Qarabağ üzrə komandan idi. Tamerlan Qarayev də orda idi, amma Qarabağın müdafiəsi ilə bağlı rəsmi vəzifəsi yox idi.

- Ağdamda hansı canlı qüvvələr vardı?

 - OMON qüvvələri, Ağdamın yerli-özünümüdafiə batalyonları, Şirin Mirzəyev batalyon yaratmışdı və özü zabit kadrı idi. Digər ərazilərdən qüvvələr ordaydı, 3 minə yaxın canlı qüvvə toplaşmışdı.

 - Camal Əhmədov deyir ki, Fəhmin Hacıyev 24-ü gecəsi hazırlanan hücum məşvərətində qarışıqlıq salmaqla əməliyyata hazırlığı pozub və qrad qurğularını özüylə aparıb. Belə ki, iki AXC üzvü dövlət telefonundan zəng var və Fəhmin bəylə danışmaq istəyirlər dedikdən sonra Fəhmin bəy otaqdan çıxır və geri dönüb deyir ki,  hücuma dövlət səviyyəsində icazə verilmədi...  Bu informasiyaya aydınlıq gətirin xahiş edirəm. Çünki Fəhmin bəy bu məsələ ilə bağlı konkret danışmır...

 - Yəqin ki, bir gün Fəhmin bəy bu müəmmaya aydınlıq gətirəcək. Məndə olan məlumata görə Fəhmin Haciyev o zaman Bakıda bəzi AXC rəhbərlərinin göstərişlərini yerinə yetirirdi. Qradlar isə gecəylə Ağcabədi tərəfə qaçırılmışdı. Mən əminəm ki, Fəhmin Hacıyev bir gün o günahsız balaların ruhu qarşısında vicdan əzabına dözməyib, sirləri açacaq. Fəhmin bəy heç də vicdansız adam deyil, o da gedən siyasi oyunların qurbanı olub.

 - Oğurlanan qradların əhəmiyyəti nə qədər böyük idi?

 - O qradlarla Ağdamdan bir başa Xankəndini darmadağın etmək olardı. Qrad düz xətt üzrə 20 km-ə qədər atır, 20 km də Ağdamdan düz xətt üzrə Xankəndinə olan məsafədir. Abdalgülablı tərəfdən qradları təpənin üstünə qaldırsaydılar 22-23 km məsafəni vuracaqdı. Bu da Xankəndinin mərkəzi deməkdi. Dörd ədəd qrad çox böyük qüvvə demək idi. Qraddan hər saatda 40 dəfə atəş açmaq olur. Kifayət qədər də mərmi alınmışdı.

 - Xocalı faciəsinin törədilməsində erməni və ruslar hansı məqsədi güdürdü? Səbəb kimi nəyi görürsünüz?

 - O zaman SSRİ yerində MDB yaranmışdı və ruslar bizi MDB-yə cəlb etməyə çalışırdı. İlk bəyanatı Heydər Əliyev vermişdi ki, Azərbaycanın hər hansı quruma özünü aparıb soxması onun müstəqilliyinə təhlükə yaradır. Maraqlı məqam isə bundan ibarətdir ki, özü hakimiyyətə gələn kimi 6 rayonun getməsi fonunda, 93-cü ilin avqust ayında ilk olaraq bu quruma daxil olmaq üçün imza atdı.

Hadisələr hələ də araşdırılmayıb və araşdırılmayacaq da. O vaxta qədər ki, hadisənin baiskarları siyasi arenadadır. Xocalının icra başçısı Elman Məmmədov (xanımı da ermənidir) neçə illərdir deputatdır. Xocalı hadisəsindən qabaq isə  Elman özü parlamentdə də etiraf edib ki, mən getmişdim Naxçıvana Heydər Əliyevin yanına. Sual yaranır: - Niyə getmişdin? Onu da əlavə edim ki, Şuşanın işğalı ərəfəsində Nizami Bəhmənov Naxçıvanda olub, aprelin 29-da isə Elbrus Orucov Naxçıvana, Heydər Əliyevin yanına gedib.

   Bilirsinizmi, xəyanət evin içindən olanda bunu vaxtında açıb, qarşısını almaq çox çətindir. Xocalı faciəsi həm də ölkədaxili siyasi oyunlar, hakimiyyət davası nəticəsində  baş verdi.

 - Rəhim bəy, daha konkret, kim idi müqəssir?

 - Məsələ burasındadır ki, Xocalıya hücum rusların bizi MDB-yə soxmaq istəyi və itaətsizliyimizi cəzalandırmaları idisə, faciənin miqyasının böyüklüyü ölkədaxili hakimiyyət uğrunda gedən mübarizənin nəticəsi idi.

  Ermənilərin məqsədi isə aydındır: Torpaqlarımıza  yiyələnmək və bizi millət olaraq məhv etmək arzusu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda dəm qazı faciəsi: 52 yaşlı qadın öldü - ÖZƏL

Xaçmazda dəm qazı faciəsi: 52 yaşlı qadın öldü - ÖZƏL

Qaydalar TƏSDİQLƏNDİ – Bu şəxslər güzəştli şərtlərlə pensiyaya ÇIXACAQ

Qaydalar TƏSDİQLƏNDİ – Bu şəxslər güzəştli şərtlərlə pensiyaya ÇIXACAQ

Avstraliyada 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağan edildi – VİDEO

Avstraliyada 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağan edildi – VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ!

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ!

Tramp Hondurasa da hədə-qorxu gəldi

Tramp Hondurasa da hədə-qorxu gəldi

Qorxu evinə əylənmək üçün getmişdi, başına 11 tikiş qoyuldu – VİDEO

Qorxu evinə əylənmək üçün getmişdi, başına 11 tikiş qoyuldu – VİDEO

Çeçenlər yəhudiləri öldürmək üçün Fransaya gəlib? – Terrorun qarşısı alındı

Çeçenlər yəhudiləri öldürmək üçün Fransaya gəlib? – Terrorun qarşısı alındı

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Bakıda avtomobillə "KamAZ" toqquşdu: Ölən var – VİDEO

Bakıda avtomobillə "KamAZ" toqquşdu: Ölən var – VİDEO

Paşinyan bundan sonra siyasi rəqiblərini TƏHQİR ETMƏYƏCƏK

Paşinyan bundan sonra siyasi rəqiblərini TƏHQİR ETMƏYƏCƏK

Azərbaycan müharibəni qazandı, indi isə sülhü qazanır – “Brussels Signal”

Azərbaycan müharibəni qazandı, indi isə sülhü qazanır – “Brussels Signal”

Bakıda yeniyetməni döyüb videoya çəkərək şantaj etdi

Bakıda yeniyetməni döyüb videoya çəkərək şantaj etdi

Azərbaycanda elektron siqaretlər QADAĞAN OLUNACAQ?

Azərbaycanda elektron siqaretlər QADAĞAN OLUNACAQ?

Dünya Riyaziyyat Olimpiadasının azərbaycanlı qalibini siz də tanıyın – FOTO

Dünya Riyaziyyat Olimpiadasının azərbaycanlı qalibini siz də tanıyın – FOTO

FHN-in dələduzluqda təqsirləndirilən əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

FHN-in dələduzluqda təqsirləndirilən əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Uitkoff Rusiyaya yola düşdü – Bütün diqqətlər KREMLƏ YÖNƏLƏCƏK

Uitkoff Rusiyaya yola düşdü – Bütün diqqətlər KREMLƏ YÖNƏLƏCƏK

Mehdiyev-Kərimli-Hacıbəyli ÜÇBUCAĞI – Hakimiyyəti zorla ələ keçirmək planı ilə bağlı SENSASİON DETALLAR

Mehdiyev-Kərimli-Hacıbəyli ÜÇBUCAĞI – Hakimiyyəti zorla ələ keçirmək planı ilə bağlı SENSASİON DETALLAR

QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO

QİÇS-lə mübarizə günü ilə əlaqədar Qız Qalası qırmızı rəngdə işıqlandırıldı - FOTO

Makron Si Cinpindən Rusiyaya təzyiq göstərməyi xahiş edəcək

Makron Si Cinpindən Rusiyaya təzyiq göstərməyi xahiş edəcək

Ömrü uzadan 10 qida açıqlandı - Daim yeyənlər həkimə getmir

Ömrü uzadan 10 qida açıqlandı - Daim yeyənlər həkimə getmir

Naxçıvan DYP-dən sürücülərə MÜRACİƏT

Naxçıvan DYP-dən sürücülərə MÜRACİƏT

Ukraynada müharibənin başa çatması hələ ki gözlənilmir – NATO-nun generalı

Ukraynada müharibənin başa çatması hələ ki gözlənilmir – NATO-nun generalı

End of content

No more pages to load

RADİO