“Maliyyə amnistiyası ilk baxışda ədalətsiz görünsə də praqmatik yanaşanda çox zəruridir”

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli bu günlərdə Bakıda keçirilən 3-cü Beynəlxalq Vergi Forumunda vergilər naziri Fazil Məmmədov tərəfindən maliyyə amnistiyasıyla bağlı qərarın qəbul ediləcəyiylə bağlı verdiyi bəyanata Moderator.az-da geniş şərh verib.

 -İki gün öncə vergilər naziri Fazil Məmmədov çox maraqlı bir açıqlamada bulundu ki, Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərarın qəbul olunacağı gözlənilir. Ümumiyyətlə, maliyyə amnistiyası dedikdə nə başa düşülür və  bu sahədəki beynəlxalq təcrübə nə deyir?

      - Maliyyə amnistiyası dedikdə qeyri-qanuni yollarla əldə edilmiş maliyyə vəsaiti və digər sərvətlərin leqallaşdırılması nəzərdə tutulur.Bu zaman çirkli kapital sahiblərinin vəsaitləri vergiyə cəlb edilməklə leqallaşdırılır, bu isə iqtisadi inkişafa əlavə təkən verir. Bu məsələnın mahiyyəti, eləcə də ona yanaşma baxımından  vahid fikir olmasa da, tətbiq dairəsindən asılı olaraq müxtəlif ölkələrdə o özünü müxtəlif formalarda-daha çox vergi amnistiyası, maliyyə amnistiyası, kapitala amnistiya və sair formalarda  göstərir. Ümumiyyətlə, kapitala amnistiya qeyri-qanuni yollarla ölkədən çıxarılmış pulların ölkəyə qaytarılması zamanı kifayət qədər tez-tez istifadə olunan alətdir. Ona görə də maliyyə amnistiyası prinsipcə çox vacib məsələdir, bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr həmin prosesdən keçiblər.Məsələn, bir  sıra Avropa və  Latın Amerikası ölkələrində, eləcə də inkişaf etməkdə olan ölkələrdə amnistiya həyata keçirilib və bu, müxtəlif səviyyəli effektlər verib. Bunlar arasında hələlik ən uğurlusu 2001-ci ildə İtaliyada tətbiq olunub.Belə ki, italiyalıların əsasən İsveçrədə yerləşdirilmiş əmanətlərinə münasibətdə  İtaliyada həyata keçirilən kapitala amnistiya nəticəsində müxtəlif mənbələrin məlumatlarına görə,ölkə iqtisadiyyatına təxminən 30-61 mlrd.dollar arasında vəsait cəlb edib.Buna bənzər amnistiyalar Almanıya və Portuqaliyada da olub.2004-ci ildə Belçikada həyata keçirilən və 12 ay davam edən kapitala  amnistiya belçikalıların ölkə hüdudlarından kənarda, əsasən də İsveçrə,Avstriya və Lüksemburqda müxtəlif hesablamalara görə, 190 milyard avroya çatan əmanətlərinin 10-15 milyard avrosunun ölkəyə qayıtmasına hesablanmışdı. Həmin vəsait Belçika şirkətlərinin səhmlərinə qoyulanda  leqallaşma stavkası 6 faiz, digər hallarda 9 faiz olmuşdu. Bunun da Belçika büdcəsinə  850 milyon avro səviyyəsində vəsaitin daxil olmasına gətirib çıxaracağı hesablanmışdı.Lakin nəticələr gözlənidiyindən aşağı oldu.Həmin əməliyyatdan Belçikaq xəzinəsinə cəmi 50 milyon avro, yəni gözləntilərin cəmi 6 faizə səviyyəsində vəsait daxil oldu, ölkə iqtisadiyyatına isə 10-15 milyard əvəzinə cəmi  1 milyard avro qayıtdı.   

- Bəs postsovet məkanı ölkələrində bu üsul necə işləyir?

  -Postsovet məkanında həyata keçirilən kapitala amnistiyalar içərisində isə nisbətən uğurlusu Qazaxıstan variantı hesab olunur. Rəsmi məlumatlara görə 2001-ci ildə Qazaxıstanda həyata keçirilən kapitala amnistiya tədbirləri nəticəsində qısa müdət ərzındə təxminən 480 milyon dollar vəsaitin leqallaşdırılması baş verdi.Bəzi mənbələrdə bundan iri məbləğlərdən də söhbət gedir.

        Gürcüstanda həyata keçirilən kapitala amnistiyanın nəticələri isə birmənalı qiymətləndirilmir.Bəzi ekspertlər onu ən uğursuz amnistiya variantlarından biri hesab edir. Digərlərinin qənaətinə görə isə kapitala amnistiya tədbirləri hesabına Saakaşvili hökumətinin büdcəyə yetərincə vəsait cəlb edə bildiyi bildirilir.

        Qırğızıstanda kapitala amnistiyaya dair xüsusi qanun qəbul edilib və həyata keçirilir.Rusiya gətirilən məbləğdən 13 faiz büdcəyə köçürülmə variantında amnistiya tətbiq etsə də, gözlənilən nəticə hiss edilmədi.Ukrayna parlamentinə bu məsələ ilə bağlı sənəd çoxdan təqdim edilib.Belarus da kapitala amnistiya verilməsinə hazırlaşır.

  -Ümumiyyətlə antikorrupsiya ovqatı çərçivəsində korrupsiya yoluyla əldə edilmiş vəsaitlərin amnistiya yoluyla leqallaşdırılması kontekstində belə bir qərarın qərarının qəbulu nə dərəcədə realdır?

  -Maliyyə amnistiyası, hər şeydən əvvəl  genişləndirilmiş və dərinləşdirilmiş antikorrupsiya tədbirlərinin mühüm tərkib hissəsi kimi tətbiq edilir. Amnistiyadan sonra hər kəslə bərabər şərtlər çərçivəsində davranmaq, ciddi antikorrupsiya tədbirləri görmək mümkün olur. Ona görə də bu məsələ xeyli müddətdir ki, dövriyyədə idi.Maliyyə amnistiyasını həyata keçirməkdən ötrü, hər şeydən əvvəl siyasi iradə, hökumətin buna hazırlığı və səmərəli fəaliyyət göstərə bilən mexanizm lazımdır.Ölkə prezidentinin regional inkişaf proqramına həsr edilmiş yığıncaqdakı çıxışında siyasi iradə ortaya qoyuldu.Prezidentinin həmin 5 fevral müşavirəsindəki sərt çıxışı artıq hökumətin bu istiqamətdə konkret addımlar atmağa hazır olduğununun nişanəsidir. Azərbaycanda maliyyə amnistiyası ilə bağlı hazırlanan və bir neçə ili əhatə edəcək bu  layihə  gəlirlərin bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasını nəzərdə tutur.Maliyyə amnistiyası  olmadan gəlirlərin ümumi bəyannamə sisteminə keçib, effekt götürmək olmaz. Ona görə maliyyə amnistiyası hisslərdən çıxış etməklə yanaşanda,ədalətsiz görünsə də, praqmatik yanaşanda, istər əmlak, istər maliyyə vəsaiti, istərsə də digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə keçilməsi realdır.

 -Bu baş verərsə vergi  daxilollmalarında sıçrayışlı dəyişiklik baş verəcəyi nə dərəcədə realdır?

- Maliyyə amnistiyası zamanı müxtəlif yollarla toplanmış maliyə vəsaitindən konkret stavkada vergi tutulur və ondan sonra həmin vəsait leqallaşır. Maliyyə amnistiyası zamanı  vergi  daxilollmaları və digər üsullarla cəlb edilən vəsaitin  səviyyəsi çox fakrordan asılıdır.Bundan ötrü məsələyə obyektiv yanaşma, yetgin qanunlar, işlək müxanizm, xüsusi mülkiyyətə etibarlı təminat, bu kampaniyaya inamın nə dərəcədə olması və sair bu kimi amillər təsir göstərir. Ona görə də amnistiya nəticəsində büdcəyə, eləcə də iqtisadiyyata cəlb edilə biləcək vəsaitin yüz milyonlara, yoxsa milyardlala manatla ölçılə biləcəyi xeyli dərəcədə maliyyə amnistiyası zamanı tətbiq edilməsi nəzərdə tutulan modelin mahiyyətindən və onun reallaşdırma mexanizmindən asılı olacaq. Qazaxıstan və digər ölkələrin təcrübəsindən və Azərbaycanın bu sahədəki spesifikasından çıxış edərək demək olar ki, işlək mexanizm üzərində  qurulmuş maliyyə amnistiyası baş verərəsə, həm birbaşa vergi  daxilollmaları, həm də bu tədbirin iqtisadi inkişafa təsirinin multiplikativ effekti baxımından büdcəyə sizin dediyiniz səviyyədə çıçrayışlı olmasa da, nəzərəçarpan qədər əlavə vəsait cəlb etmək olar....Həm büdcəyə əlavə vəsait, həm də neftdənkənar sahələrə əlavə sərmayə qoyuluşu, yeni iş yerlərinin açılışı və sair baxımından əhəmiyyətini nəzərə alaraq maliyyə amnistiyasının tətbiqini zəruri hesab edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

End of content

No more pages to load

RADİO