2018 martın 2-də SOV.İKP-nin sonuncu baş katibi, SSRİ-nin birinci və sonuncu prezidenti, müasir tarixdə hakimiyyəti könüllü olaraq öz rəqiblərinə vermiş yeganə Rusiya siyasətçisi Mixail Qorbaçovun 87 yaşı tamam oldu. Həmin gün “Meduza” Qorbaçovla böyük müsahibəni və İlya Jequlyevin siyasətçinin prezident olmayandan sonra necə yaşadığından bəhs edən materiallarını dərc edib.xa0
Moderator.azxa0həmin müsahibəni oxuculara təqdim edir.xa0xa0
xa0 xa0 xa0xa0
Əvvəli burada-- moderator.az/news/215894.html
- Bu nə dairədir?
- Həyətdə getdiyimiz cığır. Hər gün, harda olsaydıq, çalışırdıq ki, normanı – bir saata 6 km yolu gedək. Raisa olmadı, mən də yeriməyi dayandırdım.
- Bütün 1990-cı illəri və ikimininci illərin birinci yarısını mühazirələrinizə görə yaşamısınız. Nə barədə idi bu mühazirələr?
- İndi onların bəzilərindən sizə danışım. Bu maraqlıdır. Onlar uğurlu idi. Məsələn, Obamanın seçilməsinə az qalmış mən Orta Qərbə (ABŞ), Sent- Luisə gəldim. Orada, universitet stadionuna, mühazirəyə 13 min adam toplaşmışdı. Mən mühazirəni oxudum - mövzu “Yenidənqurma” idi. Sənin yaşda gənc oğlan qalxıb: “Cənab prezident, Siz görürsünüzmü, Amerikada işlər getdikcə pisləşir. Bizə nə məsləhət görürsünüz?” Cavab verdim: ”Bilirsiniz, mən Sizə hansısa cədvəl, heç bir menyu təklif edə bilmərəm. Mən yalnız bir şey deyə bilərəm: mənim fikrimcə Amerikaya öz yenidənqurması lazımdır”. Bütün salon ayağa qalxdı. İki ildən sonra Obamanı seçdilər.
- Yəni, hətta 2000-ci illərin ortasında Yenidənqurma maraq yaradırdı.
- Yenidənqurma yaşayır. Baxmayaraq ki, onu indi dəfn etmək istəyirlər. Amma artıq Qorbaçovu və yenidənqurmanı basdırmaq olmaz. Olmaz. İndiyədək bütün dünyanı bu cür çevirmək kimə qismət olub? Həm də məni güllələməyi təklif edirlər. Mənəxa0 məktub yazıb sual verirlər: niyə özümü hələ güllələməmişəm? Bəs, mən günahkaram. “Mixail Sergeyeviç, siz gərək özünüzü öldürəydiniz. Sizə çətindirsə, dəvət edin, mən həll edərəm” Belə məktublar yazırlar. Amma, başqa məktublar da var.
Mən nədə günahkaram? Bir qismi ittiham edir ki, mən Macarıstanı vermişəm. Başqaları-Polşanı. Kimə vermişəm? Polşalılara və macarlara. Bu, əlbəttə, vəhşilikdir. Başqaları vermir, hə..xa0
- Mühazirələriniz sizə yaxşı pullar qazandırdı.
- Bəli, 1992-ci ildə ilk səfərimizdə biz milyon dollar qazandıq. Biz onu işə istifadə etdik. Yeri gəlmişkən, mənə gələn pulların istifadəsi haqqında. Bax, mən 1990-cı ildə Nobel mükafatı aldım - bir milyon yüz min dollar. Bu milyonlara Çernobılda zərər çəkənlərin reabilitasiyası üçün, Aral gölünün yanında, Rusiyada altı klinika tikilib. Sankt - Peterburqun 300 illiyinə hazırlaşanda isə fondlara müraciət etdilər, o cümlədən bizim fonddan da xahiş etdilər ki, imkan daxilində kömək edək ki, Piterdə nəsə yadda qalsın.xa0
Mən buna açıq ürəklə yanaşdım - hər halda Piterdi, mənimçün isə hər şeydən əvvəl Leninqraddı. Biz özümüzü cəmlədik. Dedim: olsun, mən yenə üç cüt mühazirə oxuyaram və gəlin, fondla əməkdaşlıq edən tərəfdaşlarımızdan da xahiş edək. Və qərara gəldik ki, uşaq leykozu ilə mübarizə mərkəzi tikək. Bu təşəbbüs bizə məxsusdur. Və mərkəz tikildi. Özü də tez. Avadanlıqları avropalıxa0 himayəçilərimiz verdi. Bundan başqa, belə bir adam var - Aleksandr Lebedev. Maraqlı şəxsiyyətdir və mənim dostumdur. Bir milyon çatmayanda, dedim - Saşa, sən məndən artıq heç nə qopara bilməzsən. Fikirləşirəm ki, bəlkə mən səndən nəsə qoparım? Gülüşdük. O dedi-kömək edəcəyik. Milyon dollar klinikaya ayırdı. Çox ciddi klinika alındı, orda həm müalicə var, həm də tədqiqat mərkəzi. Onlar da xahiş etdilər ki, xəstəxanaya Raisanın adını verək.
- Ekologiya sahəsindəki fəaliyyətinizdən danışın. Axı, sizxa0 ətraf mühiti qoruyan böyük ictimai təşkilatın -“ Yaşıl xaç”ın banisi və prezidentisiniz.
- Qulaq as, “Yaşıl xaç” mənim əsərimdir. Orda hamı birləşib: Ziyalılar, siyasətçilər, din, qadınlar, gənclər, media. 31 ölkədə “Yaşıl xaç” yaradılıb! Təşkilatın əzəmətli nüfuzu var. Məni buna müəyyən dərəcədə Pitirim (provaslav din xadimi) çəkib gətirdi. O mənim yaxşı dostum idi.xa0
- Siz ki, əqidəli ateistsiniz. Və ən nüfuzlu mitropolitlərdən biri ilə dostluq etmisiniz?
- Hə, Raisa ilə dostluq edirdilər. Raisa üçün mənən ağır olan vaxtlarda o kömək etmişdi. Dedi-dua edin. Raisaxa0 deyir ki, heç bir dənə də dua bilmirəm. O cavab verir ki, dua bilmək vacib deyil. Axşamlar, hamı çəkiləndə, otağa girib bağlayın, çıraq yandırın və Allahla danışın, ona müraciət edin, o eşidər.
Pitirim həm də ekologiya vurğunu idi. O 1993-də Kiotoda “ Yaşıl xaç” təsis olunanda, o görüşdə iştirak edirdi.
- Ətraflı danışın.
- O vaxta qədər Rio-de-Janeyroda siyasi liderlərin ekologiyanın qlobal problemlərinə həsr olunmuş görüşü olmuşdu. Mən orda yox idim, Rus provaslav kilsəsindən Pitirim orda iştirak edib. Sonra bizdə təşkilatın formalaşması prosesi getdi-kim rəhbər olacaq, necə, hansı məqsədlər olmalıdır. Həm də orda BMT-yə “yaşıl qoşun”, “yaşıl kaskalılar”, onların silahladırılması və sairə təkliflər vardı. O zaman məşhur səyyah Tur Heyerdal mənə yaxınlaşıb dedi: ”Mixail Sergeyeviç, əgər siz,xa0 dediyimiz kimi yarada bilsəniz, mən sizinlə olacam və hər şeyimi verirəm. Yox, əgər siz bu cəfəngiyatı - kaskalar, vuruşmaq olacaqsa, mən gedirəm. Və siz də inciməyin”. O hər halda, çox nüfuzlu adam idi. “Yox, dedim, sən qalacaqsan”. – “Niyə?-“ – Ona görə ki, mən də o fikirdəyəm”. “ Yaxşı, olsun”.Və sakitxa0 xa0“Yaşıl xaç”ı yaratdıq.
Onlara istənilən məsələni yatırdan adam lazım idi. Bu da çox çətin olan şeylərdi. Məsələn, su, xüsusilə içməli su. Mən Yaxın Şərqə getdim, orda da bu məsələ çox dəhşətlidi. Və bu qəbildən çox işlər.
- İstefadan sonra siyasətlə məşğul olmağa cəhd etdinizmi? Məsələn, 2001-ci ildə Samara vilayətinin keçmiş qubernatoru Konstantin Titovla Sosial-demokrat partiyası təşkil etdiniz. Nə üçün? Sizin üçün Titov kimdir?
- Əclaf.
- Niyə?
- Çox hiyləgərlik etdi. Burda bankir oğluyla, orda bunlarla. Sonra isə hakim partiya ilə iyləşdi və razılaşdılar. Əsas o idi ki, bizi seçkiyə buraxmasınlar, qorxurdular, ona görə də hər şey etdilər ki, bizi qırsınlar.
- Bəs, ümumiyyətlə Titov sizin nəyinizə lazım idi?
- Mən çoxunu əfv etmişəm. Yeri gəlmişkən, mən suallara cavab verəndə, nəyə təəssüflənirəm, deyirəm- mən çox əfv etmişəm. Amma, təsəvvür edirsən, mənxa0 İosif Stalinin mayasından olsaydım, nə olardı? Belə, ölkənin axırına çıxmaq olardı.
- Geriyə, siyasətə qayıtmaq sizin nəyinizə lazım idi?
- Nəsə təmiz bir şey yaratmaq lazım idi.
- Nə üçün?
- İnsanlar təşkilat tələb edir, gücləri birləşdirmək istəyirlər, təkbaşına heç nə mümkün deyil. Birlikdə qalib gələrik. Bir dəfə Putinlə söhbət edirəm, əvvəllər, hakimiyyətinin ilk illərində, biz tez-tez görüşürdük. O deyir: “Hə, yeni partiyada işləriniz necədir?” Mən deyirəm: “Vladimir Vladimiroviç, mən məəttəl qalmışam. Xalq çox aktiv şəkildə gəlir və xalq mənə xoş gəlir.” Və onda Putin bir aforizm dedi: ”Bəs siz nə istəyirsiniz? Bizim xalq, ümumiyyətlə sosial-demokratdır. Və ya sosialistdir.”
- Niyə məhz sizə bu işə girişmək lazım idi?
- Bax, təxminən belə bir sualı mənə bir oğlan vermişdi. O hakim partiyada daxili siyasətlə məşğul idi
- Yoxsa, Surkov?
- Hə. İstedadlı oğlandı. Amma, böyük ağız dadı ilə.
- O sizə zəng etmişdi?
- Yox. Biz 82 regionda bölmələr yaratdıq. Partiyada artıq 35 min adam vardı. Həm də işə yanaşma belə idi-partiyaya gələnlər real adamlar olmalıdır, hansısa siyahı tutmaq lazım deyil. Biz şəxsən partiyaya daxil olan hər kəsi yoxlayırdıq. Bundan sonra mən Surkova yaxınlaşdım. Mənə qeydiyyatdan keçmək lazım idi və onlar orda bütün materiallara baxdılar. Surkov deyir: “Mixail Sergeyeviç, bu sizin nəyinizə lazımdır, siz elə bir iş görmüsünüz ki, tarixdə heç kim buna müvəffəq olmayıb. Nəyinizə lazımdır? Bu sizə lazım deyil”. Mən: “Bu səfeh sualdır. Bütün həyatı boyu siyasətlə bağlı olan adam, o artıq...xa0 Bu mənim mahiyyətimdir”. Nəticədə onlar bəhanə axtardılar, hardasa düz olmayan imzalar tapdılar. (Qorbaçov 2004-cü ildə Sosial demokrat partiyadan çıxıb)
- Putin sizin xoşunuza gəlir?
(Ardı var)