Riyaziyyat üzrə ölkənin ən gənc xanım elmlər doktoru: "Özümdən narazıyam..."


Xatirinizdədirsə, millət vəkili Qənirə Paşayeva bu günlərdə Azərbaycan elm tarixində riyaziyyat üzrə qadınlar arasında ən gənc elmlər doktoru adını qazanmış Nigar Aslanova haqqında qısa məlumat paylaşmışdı.xa0

Biz də Moderator.az olaraq həmin alimimizdən geniş bir yazı hazırlayıb, sizə təqdim edəcəyimizə söz vermişdik.

Elə bu məqsədlə üz tutduq Nigar xanımın çalışdığı Azərbaycan Memarlıq və İnşaat Universitetinə. Xahiş etdik ki, qızıldan qiymətli zamanından ən azı bir saatını bizə ayırsın. Sağ olsun, xahişimizi yerə salmadı, özü haqqında çox danışmağı sevməsə də suallarımızı çox səmimi cavablandırdı:



- Nigar xanım, etiraf edim ki, Qənirə xanımın paylaşımına qədər Sizin haqqınızda məlumatsız olmuşuq. Bu səbəbdən də ilk öncə özünüz barədə həm bizə, həm də oxucularımıza ətraflı məlumat verməyinizi xahiş edirik.xa0

- Aslanova Nigar Məhər qızı,xa01970-ci ildə Bakı şəhərində ziyalı ailəsində xa0doğulmuşam. Valideynlərimin hər ikisi ali təhsilli olub, atam riyaziyyat müəllimi, anam isə rus dili müəllimi olub. 225 nömrəli ingilis təmaüllü orta məktəbi bitirmişəm. Bir haşiyə çıxım ki, o dövrdə əksər ziyalı ailələr övladlarının rus dilli orta məktəblərdə təhsil almasını istəyirdi. Ancaq atam bizi Azərbaycan dilli xa0məktəbə yazdırdı. Atam və anam hər ikisi rus dilində təhsil aldıqlarına görə bilirdilər ki, bizi də rus dilli məktəbə yazdırsalar, Azərbaycan dilini öyrənə bilməyəcəyik. Həm də atamda milli hisslər çox güclü idi.xa0
Bununla yanaşı hər gün işdən gələndə rus dilində ya riyaziyyata, ya da dünya ədəbiyyatına bir kitab alıb gətirirdi. İstəyirdi ki, biz Azərbaycan diliylə yanaşı, rus və ingilis dillərini də mükəmməl öyrənək. Yaxşı yadımdadır, beşinci sinifdə oxuyanda mən artıq A.Karolyovun “Slepoy muzıkant”x9d əsərini oxumuşdum.xa0
Deyim ki, məktəbdə yaxşı oxuyan, çalışqan şagird olmuşam. Bütün sinif gözləyirdi ki, dərsi əvvəlcə mən yazım, sonra onlar yazsınlar. Həm də təkcə riyaziyyatdan yox, bütün fənlərdən uşaqlara kömək edirdim.xa0

Orta məktəbi əla qiymətlərlə bitirdim, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə əla qiymətlərlə daxil oldum. Universitetdə də çalışqanlığımla fərqlənən tələbə olmuşam. 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm.xa0

Ailədə üç uşaq olmuşuq, hər üçümüz də BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişik. Ancaq müxtəlif səbəblərdən onlar sona qədər davam etdirməyiblər.xa0

- Bəlkə bir qədər atanız haqqında da danışasınız...xa0


- Atam Tovuz rayonunda Puşkin adına məktəbdə oxuyub. Qeyd edim ki, o zaman Tovuzda çox güclü məktəblər və çox güclü müəllimlər olub. Müxtəlif ölkələrdən gəlmiş savadlı, peşəkar müəllimlər həmin məktəblərdə dərs keçiblər. Ona görə də həmin bölgədə orta məktəb məzunlarıının çoxları gəlib Bakıda çox rahatlıqla ali məktəblərə qəbul olublar. Həmçinin də atam. Atam orta məktəbdə oxuyanda belə riyazi bilgisinə görə rayon səviyyəsində tanınmış şəxs olub. Orta məktəbi bitirən ili indiki BDU-ya qəbul olub. Riyaziyyat fakültəsinə imtahan versə də, imtahan götürən müəllimlər kimya fakültəsinə keçməsini təklif ediblər. Atam oranı bitirb, daha sonra aspiranturaya daxil olub və Moskvada aspiranturanı bitirib. Müdafiəsini edəndən sonra bir müddət Riyaziyyat İnstitutunda işləyib. Daha sonra o zamankı Politexnik İnstitunun riyaziyyat kafedrasında çalışıb.xa0

Atam çox möhkəm təhsil tərəfdarı olub, həm də təkcə bizim üçün yox. Universitet müəllimi olduğundan ona müraciət edənlər çox olurdu və hər birinə təmənnasız kömək edib. Ağlım kəsəndən valideynlərimdən eşitmişəm ki, yaxşı, dərindən oxumaq lazımdır. Həmişə deyirdilər ki, filan müəllimin qızı riyaziyyat üzrə beynəlxalq olimpiadada qalib gəldi, filankəs 24 yaşında doktor oldu. Bu sözlərlə də sanki beynimizə yazırdılar ki, biz də mütləq belə olmalıyıq.xa0

- Belə anlaşılır ki, riyazi istedad sizə atanızdan keçib, həm də sizi bu sahəni seçməyə məhz atanız istiqamətləndirib.

- Doğru dediniz ki, əslində hər şey atamdan, önun yönlədirməsindən irəli gəlib. Düzdür, anam da ziyalı xanım idi, rus dilində orta məktəbi bitirib, rus dili müəllimliyi üzrə ali təhsil alıb. Çox mütaliə edən, kitabı sevən bir xanım olub. Bu gün bu səviyyəyə çatmağımda atamın istiqaməti olsa da, anamın da çox böyük əməyi olub.xa0
Atam riyaziyyatçı olsa da heç zaman oturub mənə nəyisə izah etməyib. Düzdür, bacımla, qardaşımla oturub onları başa salırdı, izah edirdi. Ancaq mən soruşanda acıqlanırdı, deyirdi ki, sən filan-filan məqamları bilmədiyinə görə məsələni həll edə bilmirsən. Və beləcə mən başa düşdüm ki, riyaziyyat elə bir elmdir ki, nəyisə kimdənsə soruşmaqdansa, özün araşdırmalısan. Sərbəst işləmə vərdişi də məndə ondan yarandı, məktəb vaxtından özüm araşdırıb işləməyi öyrəndim. Hansısa problemlə qarşlaşanda kiməsə müraciət etməkdənsə, özüm araşdırıb həll etməyi üstün tuturdum.xa0

- Nigar xanım, özünüz haqqında danışanda ailə barəsində heç bir söz demədiniz. Belə anladım ki, ailə həyatı qurmamısınız. Olmaya bütün həyatınızı ancaq elmə həsr etməyi qərara almısınız?

- Yox, elə bir məqsədim olmayıb. Sadəcə belə alınıb. Ancaq belə düşünürəm ki, xa0ailə qursaydım bu qədər dərindən elmlə məşğul ola bilməzdim, bu qədər tanınmazdım. Çünki riyaziyyat günlər, aylar, illər tələb edən bir elmdir. Bəzən elə məsələ olur ki, günlərlə onun üzərində baş sındırırsan, gecə yarısı belə qalxıb onun üzərində işləyirsən. Həll etməyəndə rahatlığın, gecən-gündüzün olmur. Atam həmişə deyərdi ki, anan səni qayğılardan azad etməsəydi, sən riyaziyyatçı ola belməzdin. Çünki keyfiyyətli elmlə məşğul olmaq üçün yorğun halda işə başlamaq olmaz, riyaziyyatın üzərində işləyib yorulmaq lazımdır. Adicə bir məqamı qeyd edim, müdafiə edəndən sonra bir neçə universitetdə dərs deməyə başladım, hiss etdim ki, artıq zamanım bölünür və elmlə məşğul olmağa vaxt qalmır.xa0

Bir haşiyə çıxım, uşaq olanda yayda rayona gedirdik, orada da evlər bir-birinə yaxın olduğundan qohumların qızları bir yerə yığışırdıq. Dayım qızı ilə birlikdə olanda gələcəklə bağlı planlar qururduq. Mən deyirdim ki, əvvəlcə mexmata girməliyik, əlaçı qurtarmalıyıq, sonra aspiranturaya girməliyik, daha sonra müdafiə etməliyik və s. Bir neçə il bundan öncə dayım qızı soruşur ki, Nigar neynirsən, nə işlə məşğulsan, cavab verdim ki, o zaman qoyduğum plan üzrə davam etdirirəm.xa0

- Bizim coğrafiyamızda nədənsə riyaziyyata, ümumiyyətlə dəqiq elmlərə maraq azdır, xüsusən də qadınlar arasında bu sahəni seçənlər barmaqla sayılacaq qədərdir. Bunu nəylə əlaqələndirmək olar?

- Deməzdim ki, meyl azdır. Sadəcə riyazi bacarıq daxildə olmalıdır, xüsusi qabiliyyətdir, sonradan aşılamaq olmur. Ona görə də bizdə bu sahədə alimlik səviyyəsinə qədər gələnlər azlıq təşkil edir. Təhsil aldığımız illərdə də sinifdə və ya qrupda riyaziyyatı yaxşı bilənlərin sayı çox az idi. Həm də riyazi bacarıq gendən də asılıdır, ancaq bu da mütləq şəkildə belə deyil. Ailədə riyaziyyatçılar varsa, sən riyaziyyatçı ola da bilərsən, olmaya da.xa0
Riyaziyyatı bacaran şəxs də digər sahələri də mükəmməl mənimsəyəcək. Riyaziyyatı bacarmaq əslində o deməkdir ki, dərindən düşünüb, analiz etmək qabiliyyəti var. Yəni, riyaziyyatı bilirsənsə, nəyin üzərinə düşsən həll etməyi bacaracaqsan, orada nailiyyətlər qazanacaqsan.

- Ancaq nədənsə idarəçiliyi daha çox humanitar sahəni bitirmiş şəxslərə həvalə edirlər...

- Ola bilər. Düzdür, o barədə statistika ilə maraqlanmamışam, ancaq çox maraqlı fikirdir.

- Dediniz xa0ki, uşaq olanda dayınız qızına planlarınızdan danışırdınız. Maraqlıdır, o planlardan hansı gerçəkləşdi və hansılar qalıb?

- Demək olar ki, çox hissəsi gerçəkləşib. Tələbə olandan əlaçı olduğuma görə yüksək məbləğdə təqaüd alırdım. 1992-ci ildə aspiranturaya daxil oldum, xa0professor Mamed Bayramovun rəhbərliyi ilə iş apardım. Ancaq o illər elə idi ki, çox ziyalılar ölkəni tərk etdilər, riyaziyyat məktəbləri dağılmağa başladı. 1995-ci ildə aspiranturanı bitirsəm də bir qədər özümü itirdim, çünki məktəb dağılmışdı. Bu sahə də elədir ki, mütləq məktəblər olmalıdır, seminarlar, müzakirələr aparılmalıdır və sən o məktəbdə bişməlisən. Mən istəyən məktəblər olmasa da seminarlar gedirdi və mən orada müxtəlif şəxslərin çıxışlarını izləyib qərara gəldim ki, sərbəst məsələlər qoyum. Həmin məsələlərin həll yollarını tapdım, seminarlarda çıxışlar elədim və riyazi mühit tərəfindən çox yaxşı qarşılandım. Düzdür, həm də bir qədər təəccüblə qarşılayırdılar ki, bir xanım sərbəst şəkildə bu yerə gəlib.xa0
Daha sonra riyaziyyat sahəsi üzrə xarici jurnallara elmi məqalələr göndərməyə başladım. İlk dəfə “Sibirskiy matematika”x9d jurnalında məqaləm çıxdı. Həmin məqaləm çıxanda rəhmətlik Bala müəllim məqaləmi götürüb öpdü və dedi ki, bu xanım Biləcəridən o tərəfə getməyib, ancaq dünyanın əsas yerlərində iş görür. “Sibirskiy matematika”x9dda yazım yayımlanandan sonra artıq dünyanın riyazi istiqamətli müxtəlif jurnallarında məqalələrim çap olunmağa başladı. Bu siyahıya Amerikanın, Avropanın, Rusiyanın, Türkiyənin jurnalları daxildir. Bir müddət sonra elmi rəhbərim Mamed müəllim qayıdıb gəldi və bir neçə il sonra, 2013-cü ildə müdafiə etdim. Riyaziyyat üzrə elmlər doktoruyam, həmçinin, müəlliməm, Azərbaycan, rus və ingilis dillərində dərs deyirəm. İndi də dünyanın müxtəlif jurnallarında 3 dildə sərbəst işləyərək məqalələrimi çap etdirə bilirəm. İndiyədək 40-dan çox elmi məqalələrim dərc olunub.xa0

Planlarımın qalanlar isə qarşıdakı illərdə daha yaxşı nəticələr qazanmaq, ürəyim istəyən qədər mütaliə etmək və istədiyim nəticələri ala bilməkdir. Qarşıda Akademiyanın müxbir üzvü seçkiləri gəlir, ora da sənəd vermişəm. xa0

(Foto Nigar xanımın doktorluq müdafiəsi zamanı çəkilib)



- Belə deyirlər ki, ad insanın taleyinə təsir edir. Siz də Koroğlunun Nigarı kimi döyüş meydanında olmasa da, elm meydanında bir cəngavərlik nümayiş etdirmisiniz, gənc yaşınızda alim adını qazanmısınız. Adınızın taleyinizə təsir etdiyinə inanırsınızmı?

- Dəqiq deyə bilməsəm də, hardasa ola bilər, daxilidə də elə bir hiss var. Ailədə ikinci qız övladı olmuşam, birinci qızdan sonra ailə bir o qədər də ikinci qızı istəmir. Ona görə adımı da valideynlərim heç özü qoymayıb, xalam qızı qoyub.xa0

- Yəni, ailədə istənməyən övlad olmusunuz?xa0

- Bəlkə də. Ancaq heç zaman bunu hiss etməmişəm, əksinə, daha çox qayğıma qalıblar, daha az tələb ediblər. Atam ömrünün son 10 ilini yataqda keçirdi, inanın ki, heç nəylə maraqlanmırdı, fikri ancaq məndə idi. Qapıdan içəri girən kimi doruşurdu ki, filan işin necə oldu, çıxışın necə oldu, bəyəndilərmi. Çox fəxr edirdi mənlə. Mən 9-cu sinfdə oxuyanda məni repititorluq edən riyaziyyatçı dostlarının yanına aparırdı, onlar da deyirdilər ki, bunu bura niyə gətirmisən. Mən bilirdim ki, o bunu fəxr etmək üçün edirdi. Axır illərində də mənim uğurlarımla yaşayırdı. Həm də mənimlə bağlı məqsədləri çox idi, hər şeyi proqramlaşdırırdı, məsləhətlər verirdi. Mən heç doktorluq müdafiə edə biləcəyimi düşünmürdüm, ancaq o, deyirdi ki, müdafiə edəcəksən. Mənim müdafiə edəcəyimə çox əmin idi.xa0

- Riyaziyyat sahəsində hazırkı vəziyyət necədir? Qızlar, yoxsa oğlanlar daha çox maraq göstərir bu sahəyə, səviyyələri necədir? Öz davamçılarınızı görürsünüzmü?

- Mamed müəllim bir dəfə bildirmişdi ki, 3 alimi yetişdirmək üçün ona 75 il lazım olub. Belə çxıır ki, bir alimin yetişməsi üçün 25 il vaxt lazımdır. Müəllimimin bu fikrində məntiq var. Tələbələrim var, qızlar oğlanlara nisbətən daha çox gəlirlər bu sahəyə. Ancaq nə qədər güclü olacaqlar, hansı səviyyəyə qədər gedəcəklər, onu bilmirəm. Oğlanlar ümumiyyətlə müdafiəyə gəlmirlər, son müdafiədə 22 qızın içində cəmi bir oğlan var idi.xa0

- Belə bir fikir var ki, riyaziyyatı qavraya bilməyənlər insanların beynində müəyyən yaş dövründən sonra riyaziyyat kanalı sanki açılır. Bu fikir doğrudurmu?

- Riyazi bacarıq sırf düşünmək, fikirləşmək qabiliyyətinin olması ilə bağlıdır. Əslində riyaziyyatçılar iddia edir ki, uğurlu nəticələr bir qədər gənc yaşlarda alınır, yaşlandıqca o qədər də nəticələr əldə etmək mümkün olmur. Yaşlandıqca isə təcrübə artır, ancaq yeni işə başlamağa gənc enerjisi lazımdır.xa0
Bəlkə də bu fikri ona görə varıblar ki, müəyyən yaş dövründən sonra insan müdrikləşir, kamilləşir, düşünmək qabiliyyəti artır.xa0

- Bu, bəlkə də zamanın tələbindən asılıdır. Çünki çoxları o fikirdədir ki, elmin arxasıyca gedib uzaqbaşı Elmlər Akademiyasında çox az əmək haqqına işləyəcəm.xa0

- Əlbəttə ki, bu hal heç də xoş deyil, ciddi analiz olunmalı məsələdir. Bildirirlər ki, Türkiyədə də vəziyyət belədir, universitetlərin 70 faizi qadınlardan ibarətdir. Qızlar elmə daha çox gəlsə belə, əsas, fundamental nəticələr kişilər tərəfindən əldə edilib. əsas hamısı sona qədər davam etdirmir. Nobel mükafatçılarına xa0belə baxsaq, orada oturanların əsasən kişilərdən ibarət olduğunu görərik.xa0
Bunu deməklə mən o nəticədə deyiləm ki, qadınların beyni, intellekti aşağı səviyyədədir, əsas nəticələr kişilər tərəfindən alınacaq. Mən bu fikrin həmişə əleyhinə olmuşam, ancaq fakt budur ki, əsas nəticələr kişilər tərəfindən qazanılır.xa0

- Bir xanım yaxşı alim olmaq üçün nələrdən imtina etməli, nələrə önəm verməlidir?

- Bunun üçün işinlə əsaslı surətdə, dərindən məşğul olmalısan. Yaxşı nəticələr almaq üşün bütün vaxtını, zamanını elmə verməlisən, üstündə çox baş sındırmalısan, çox vaxt qoymalısan. İstənilən sahədə uğur qazanmaq olar, bunun üçün o sahəyə canını qoyub, o sahənin mütəxəssisi olmalısan. Əgər sonadək gedəcəksənsə, gördüyün iş də səni müəyyən mərtəbəyə yüksəldəcək, ehtiyaclarını da təmin edəcək.xa0
Bir məsələni qeyd edim ki, müdafiə etdikdən sonra maddi durumla bağlı xa0başladım bir çox universitetdə saat hesabı dərslərə girməyə, vaxtım bölündü. Bir müddət sonra fərqinə vardım ki, mən həmin illəri özüm özümdən oğurladım. Buna görə də özümdən narazıyam, gərək onu etməzdim.xa0

xa0
(Kitab Moskvada nəşr olunub, kitabda XIX əsrdə Rusiyanın və Azərbaycanın riyaziyyatçı xanımları haqqında məlumatlar toplanıb. Kitabın üz qabığına 3 azərbaycanlı riyaziyyatçı xanımın fotosu düşüb. Onlardan biri də (ən sonda) Nigar Aslanovadır)










xa0xa0



Rumiyyə MİRASLAN
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol İMZALANDI

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol İMZALANDI

"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da

"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da

Qəbizlik üçün ideal səhər yeməyi AÇIQLANDI

Qəbizlik üçün ideal səhər yeməyi AÇIQLANDI

Alim Qasımov nəvəsinin toyunda ailəsi ilə belə RƏQS ETDİ - VİDEO

Alim Qasımov nəvəsinin toyunda ailəsi ilə belə RƏQS ETDİ - VİDEO

“Araz-Naxçıvan” məşqləri bərpa etdi

“Araz-Naxçıvan” məşqləri bərpa etdi

Hədiyyəsinə baxanda üzərinə yol nişanı aşan Sərxan evə buraxıldı - VİDEO

Hədiyyəsinə baxanda üzərinə yol nişanı aşan Sərxan evə buraxıldı - VİDEO

Fərqanə Qasımova toyda qızı üçün OXUDU - VİDEO

Fərqanə Qasımova toyda qızı üçün OXUDU - VİDEO

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu - FOTO

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu - FOTO

Volkan Demireldən Nəriman və Medina AÇIQLAMASI

Volkan Demireldən Nəriman və Medina AÇIQLAMASI

Daha bir ölkədə “Novruz” milli bayram ELAN EDİLDİ

Daha bir ölkədə “Novruz” milli bayram ELAN EDİLDİ

Bu tələbələrlə əmək müqaviləsi BAĞLANACAQ

Bu tələbələrlə əmək müqaviləsi BAĞLANACAQ

Trampı İrana zərbə endirməkdən imtina etməyə kimsə RAZI SALIB?

Trampı İrana zərbə endirməkdən imtina etməyə kimsə RAZI SALIB?

Aygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU

Aygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU

İranda etirazlar DAVAM EDİR: “Xameneiyə ölüm!” - VİDEO

İranda etirazlar DAVAM EDİR: “Xameneiyə ölüm!” - VİDEO

“Sumqayıt” Antalya toplanışını məğlubiyyətlə başa vurdu

“Sumqayıt” Antalya toplanışını məğlubiyyətlə başa vurdu

İllərdir sökülən evlərinin əvəzində yeni mənzillərini ala bilmirlər - VİDEO

İllərdir sökülən evlərinin əvəzində yeni mənzillərini ala bilmirlər - VİDEO

Manaf həmkarlarını TƏNQİD ETDİ: “Bunların hamısı nankordur!” - VİDEO

Manaf həmkarlarını TƏNQİD ETDİ: “Bunların hamısı nankordur!” - VİDEO

Oktay Kaynarcanın narkotik testinin nəticəsi AÇIQLANDI

Oktay Kaynarcanın narkotik testinin nəticəsi AÇIQLANDI

“Neftçi” Norveç millisinin üzvü ilə danışıq aparır?

“Neftçi” Norveç millisinin üzvü ilə danışıq aparır?

İnsanların daha tez qocalmasına səbəb olan məhsullar açıqlandı - Onlardan UZAQ DURUN

İnsanların daha tez qocalmasına səbəb olan məhsullar açıqlandı - Onlardan UZAQ DURUN

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verildi - FOTO

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verildi - FOTO

Paşinyan vətəndaşları rəqsə DƏVƏT ETDİ

Paşinyan vətəndaşları rəqsə DƏVƏT ETDİ

Balakəndə gələcəyin polis zabitləri ilə görüş KEÇİRİLDİ - FOTO

Balakəndə gələcəyin polis zabitləri ilə görüş KEÇİRİLDİ - FOTO

End of content

No more pages to load

RADİO