Moderator.az prezident İlham Əliyevin təkcə təhsil ictimaiyyətinin deyil, bütövlükdə cəmiyyətin marağına və məmnunluğuna səbəb olan qərarla - “Hərbi xidmət və hərbi vəzifə haqqında”x9d qanuna təklif etdiyi dəyişikliklərlə bağlı tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin fikirlərini öyrənib:
- Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub: “Təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “Hərbi xidmət və hərbi vəzifə haqqında”x9d qanuna dəyişiklik təklif olunur. Buna münasibətinizi bilmək istərdik.
- İlk öncə mən təhsil eksperti kimi prezidentə təşəkkürümü bildirirəm. Onun atdığı bu addımdan anladım ki, əgər ideya sağlamdırsa və ölkənin gələcəyinə xidmət edirsə bu mütləq dəstəklənir. Mətbuata diqqət etsəniz görərsiniz ki, magistr və doktorantlara möhlət hüququ məsələsinin vacibliyini nəzərə alıb, bunun tətbiqini 5-6 nəfər israrla tələb edirdi. Açığı, sözümüzün eşidilməməsi bizdə xeyli pessimizm yaratmışdı. Ancaq yaxşı ki, prezident elmə olan münasibətini vaxtında açıqladı. Elm bütün ölkələrin inkişafının əsas hərəkətverici qüvvəsidir. Möhlət hüququnun götürülməsindən demək olar ki, 10 il vaxt keçir. Bu, açıq-aşkar gənclərin elmə marağına zərbə vurub.
- Cari tədris ilində təxminən neçə nəfər magistraturaya daxil olub?
- Cari tədris ilində magistraturaya qəbul olunanların sayı 4633 nəfər təşkil edib ki, bunların 3018-i bu ilin məzunlarıdır. Oğlanların sayı 1792 (38,7%) nəfərdir. Bunların içərisində cari ilin məzunları 1348 nəfər olub. Qızların sayı isə 2841 (61, 32%). Başqa sözlə, imtahanda iştirak edən oğlan bakalavrların qəbulolunma faizi 18.46-ya, qız bakalavrların qəbulolma faizi isə 26.19-a bərabər olub. Bu statistika önu göstərir ki, oğlanlardan cəmi 444 nəfəri ötən ilin məzunları olublar. Bu möhlət hüququnun ləğvinin vurduğu zərbədir.xa0
- Etibar müəllim, möhlət hüququnun verilməsindən istifadə edib magistr və doktorontların sayının süni şəkildə artırılmasına yol verilə bilərmi?
- Bu mümkün olan iş deyil. Mövcud qaydalara görə hər bir ali məktəbin bakalavr pilləsinin məzunlarının 20%-ə qədəri magistraturaya qəbul oluna bilərlər. Əslində bu normal göstəricidir. Magistraturaya qəbulu 2 pillədə TQDK həyata keçirdiyindən obyektivliyə şübhə ola bilməz. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi də bu işin öhdəsindən layiqincə gələcək. Cari tədris ilində magistaratura pilləsinə sənəd verən 23231 bakalavrın xa04633 nəfəri magistraturaya daxil olub. Bu o deməkdir ki, aşağı səviyyəli biliklərə malik olanlar ali təhsilin bu pilləsinin tələbəsi adını qazana bilməzlər.xa0
Burada başqa mühüm məqama da diqqət etmək lazımdır. “Təhsil haqqında”x9d Azərbaycan Respublikasının qanununun 22-ci maddəsində yazılır ki, “magistratura elmi-pedaqoji kadr potensialı, maddi - texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradıla bilər”x9d. Çox təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin böyük əksəriyyəti bu tələbləri ödəmir. Möhlət hüququ ilə yanaşı, həm də elmi-tədqiqatlar üçün şəraiti yaxşılaşdırmaq lazımdır. Buna da diqqət etməyin vaxtı çatıb.xa0