“Atdığınız böhtanlar sizi zəlalətə sürükləyəcək...”x9d

Moderator.az tanınmış yazıçı-publisist Mehriban Vəzir ilə müsahibənin  2-ci  hissəsini təqdim edir:

Müsahibənin birinci hissəsi ilə oxucular aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərlər:

II hissə

- Bütün bunlar aydındır, amma təkcə bu da deyil məncə. Milli Şuradan uzaqlaşdırılmağınızın daha başqa səbəbləri də olmamış deyil, amma bildiyiniz bir şeylər varmı və bu haqda nəsə demək istəyirsinizmi?

- Bildiyim xüsusi bir şey yoxdu. Çünkü heç vaxt gizli-saklı oyunlarda olmuram, intriqalara qoşulmuram, kompramat toplamıram. Savaşıramsa açıq savaşıram. Əlimdə daşdan keçən qələm var, ehtiyac biləndə sözümü yazıram. Bu məsələ ilə də nə kiməsə deyəcək bir sözüm, xüsusi etirazım, nə də kimdənsə soruşacaq sualım var. Milli Şuradan çıxmağım, ya da dedikləri kimi çıxarılmağım faciə deyil. Dəfələrlə qeyd etdiyim kimi, bu günkü Milli Şurada gedən prosseslərin içində olacaq xarakterdə deyiləm. Cızılan sərhədlərə sığmıram. Müstəqiləm, süverenəm, təkəm və bəlli hədəflərim var. Bir çox məsələlərdə Milli Şura ilə eyni maraqları bölüşsəm də bəzi məsələlərdə bölüşmürəm. Bu, bizi yolayrıcına gətirdi. Bu yerdə tək istəyim bütün fəaliyyətlərin - mənim də, onların da - ölkəmizə, cəmiyyətimizə xeyir gətirməsidir.

- Əslində artıq var. Təzə kompromatınız da, hakimiyyət tərəfindən “alınmağınız”x9d barəsində “sübutlar”x9d da. Deyilən budur ki, Mehriban Vəzir QHT-lərə Yardım Şurasından bu yaxınlarda on iki min manat pul alıb və bu da o deməkdir ki, artıq hakimiyyət Sizi alıb və bu son fəaliyyətiniz də, həmin pulların əvəzində ödəməli olduğunuz bədəldir. 

- Necə olur, "Azadlıq" qəzeti dövlətdən on min manatlarla yardım alır, jurnalistləri ev alır, müstəqil qalırlar, Mehriban Vəzir Qarabağ tarixi ilə bağlı araşdırması və kitab nəşri üçün aldığı səkkiz  minə görə müstəqilliyini itirir. Alçaq və imansız sözdü. Birincisi, QHT Şurasının vəsaiti bu hakimiyyətin yox, bu xalqın vəsaitidir. İkincisi, illərlə olan müşahidəm budur; orada adama heç bir şərt qoymurlar. Ya vəsaiti verirlər, ya da imtina edirlər. Mən şəxsən belə görmüşəm. İllərlə aldığım imtinaları özümə qarşı haqsızlıq saymışam, amma o kitabların ictimaiyyətə çatdırılması naminə bir daha müraciət etmişəm. Kim başqa cür görübsə utanmasın, çıxsın desin ki, mənə bu vəsaiti şərtlə verdilər. Biz də vəziyyəti bilək və QHT Şurasına etiraz edək. Mən bu düşüncəni, bu yanaşmanı idarəetmənin ictimai şüurumuzda törətdiyi fəsadlarla bağlayıram. Amma ona təəssüf edirəm ki, bu fikirləri özünə demokratik deyən çevrə yayır. Hakimiyyət bunları erməniyə işləməkdə suçladıqca, bunlar da çızdıqları "çızıqdan" çıxanı hakimiyyətə işləməkdə suçlayırlar. Belə görünür ki, ölkəmizdə təkcə idarəetmədə deyil, bütün istiqamətlər üzrə dərin islahatlara ehtiyac vardır. 

- O məntiqlə yanaşılsa, demək, illərlə KİV DF-dən yüklü miqdar para alan qəzetlər də, onların bəlli sahibləri də artıq çoxdan satılmış və ya alınmış hesab olunmalıdırlar...

- Bəli, qeyd elədim. “Azadlıq”x9d qəzeti də neçə il ordan pul almayıbmı, Oqtay Güləliyevin özü o qədər qrantları hardan alıb ki? Bu sıralamanı istənilən qədər uzatmaq da olar. Nə olur onda? Satılıb, alınıblarmı. Mən şəxsən elə düşünmürəm. Çünkü elə düşünməyəcək, ağlına elə şey gəlməyəcək qədər dürüst bir adamam. Görürsününmü, mən heç vaxt nə Oqtayı, nə də onunla bu gün həmfikir olanları belə iddialarla ittiham eləməmişəm. Baxın, sizin də dərc etdiyiniz son yazımda, heç kim barəsində “hökumətə işləyir”x9d ifadəsini işlətmədim. Çünki mənim belə bir kompleksim yoxdur. Anlamaq istəyirəm, bəs bunlar niyə belə mühakimə yürüdürlər? Bəlkə qaranlıq, müəmmalı və  gizli əlaqələrdən keçən adamlarda olur o kompleks? Bəlkə öz arşınları ilə ölçürlər? Bu barədə kəsin olaraq belə düşünürəm; mənim də, Oqtayın da, "Azadlığ"ın da aldığı vəsait mənim dövlətimin puludur. Sağa-sola səpilən, bəzən də xüsusi amansızlıqla və düşməncəsinə talan edilən milli sərvətimizin içində bizim  haqqımız var. Düz 17 ildir ki, bu ölkədə mənə işləməyə imkan vermirlər, heç yerdə işə götürmürlər. Işləmək haqqım, bununla bərabər də yaşamaq haqqım, milli sərvətdən payım əlimdən alınıb və bu duruma düşürülmüş milyonlarla insandan biriyəm. 
Ona görə də mən bu cür söhbətləri təmamilə səviyyəsiz, düşük və cahillik hesab edirəm, cəfəngiyyatdı bütün bunlar. Baxın, mən iki dəfə maliyyə almışam o şuradan. Birinci dəfə Həmidə xanım Cavanşirin, üzərinə Mircəfər Bağırov tərəfindən yasaq qoyularaq 80 il  arxivdə çürüdülən əsərini tərcümə edib kitab halında bu cəmiyyətə çatdırmaq üçün maliyyə almışam. Təbii ki, ancaq həmin kitabı oxuyanlar, bu xidmətin səviyyəsini anlaya bilərlər və anlayırlar da. 

- Çox möhtəşəm bir əsər idi...

- Bəli, mən sizə də təşəkkür edirəm ki, birinci dəfə onu siz dərc elədiniz. Hələ onda, yəni 2010-dan əvvəl həmin əsər qaralama vəziyyətindəydi. İkinci dəfə də indi aldığım maliyyədir ki, onu da, İbrahim xanın qızları, böyük və möhtəşəm xanımlar, Azərbaycanin ictimai, siyasi və mədəni həyatında fövqəladə xidmətlər göstərmiş Aqabəyim Ağa və Gövhər Ağa haqqında yazdığım kitabların ərsəyə gətirilməsi ilə bağlı almışam. Ağabəyim Ağa barəsində mən uzun illərdir  yazıram. Onun barəsində bir neçə araşdırmam, məqalələrim,  hekayələrim var. Ümumiyyətlə, bu qadının aşiqiyəm. Uzun müddətdir, bu qadınların, bu xanımların fəaliyyəti ilə bağlı yeni kitab yazmaq və nəşr eləmək üçün maliyyə axtarırdım. Xarici fondlar bunu vermirlər. Çünki, siz də bilirsiniz ki, xarici fondlar milli mədəniyyətə pul xərcləmirlər. Bəs bunu mən haradan ala bilərdim. Ancaq dövlətimin maliyyəsini ala bilərdim deyə müraciət etdim və bu maliyyə də, qanadı, quyruğu kəsilmiş miqdarda ayrıldı. Amma bir daha deyirəm ki, bu, heç kimi cibinin pulu deyil, mənim haqqımdır və payıma düşənin milyonda biridir. Yeri gəldi, bir şeyi də deyim qoy hər kəs öz payını götürsün. Nə QHT Şurasında, nə ondan aşağıda, nə də yuxarıda Mehriban Vəzirə şərtlə pul ayıracaq, bunu ağlına gətirəcək, buna cəsarəti çatacaq bir nəfər belə yoxdur. Yəni mənimlə bu cür davranmağın mümküm olmadığını məni tanıyan hər kəs yaxşı bilir. Elə yuxarılar da bilir. Bilməyən "bizimkilərdir". Əgər Oqtay Gülalıyev və onun dəstəsi məni tanımırsa o zaman bu ölkədə nə ilə məşğul olublar, niyə yaşayıblar, nə öyrəniblər. Kafelərdə oturub boşboğazlıq etmək nə siyasətçilik, nə də ictimaiyyətçilikdi. 

- Siz yazınızda da, bir az da “dostlarınıza”x9d qınaq tonunda belə bir fikir işlətmişdiniz ki, “mən zamanında qarşımda taybatay açılan qapılardan keçsəydim ... , indi haralardaydım”x9d. Yenə də, yazınıza istinadən və son olaylara baxaraq, istəyirəm əlinizi ürəyinizin üstünə qoyub deyəsiniz. Bax, o başdan bəri özünüzə qarşı atılan o cür addımlara, yola dönük çıxanlara, saxta təbəssümlərə, illərlə imitasiya xarakteri daşıyan siyasətə, çiyindaş bildiklərinizin arxadan vurmalarına baxanda, “gərək o taybatay açılan qapılardan keçəydim”x9d ”“ deyə düşündüyünüz, keçməməyin peşmançılığını yaşadığınız anlar heç oldumu? 

- Mən bu yolu heç kimin xatirinə getmirəm. Sabah filankəs hakimiyyətə gələcək deyə çevrəsinə girmirəm. Ona görə başıma gəlmiş və gələcək uğursuzluqlara görə heç kəsi qınamamışam. Heç nəyə peşman deyiləm. Seçimim budur, nəticələrinə qatlanacağam, demişəm. Bilirsiniz, sizin dediyiniz münasibət indi cəmiyyətimizdə çox yayqındır. Biri deyir, gəldim işimi itirdim, biri deyir, bunlara görə həbsə girdim. 

- Orda məsələ aydındır, söyüşün biri beş qəpik, “satqın”x9d, “xəyanətkar”x9d filan damğaları da öz yerində.

- Bu, seçimində xəta etmişlərin yanaşmasıdı. Mən öz ideallarımın peşində olmuşam və varam. İtkimə görə ürəyim yanır. Amma yoluma görə peşman deyiləm. Bilirsiniz, məsələ burasındadır ki, mən, mənə gələn təklifləri düşünmək halında olmamışam, ümumiyyətlə onları öz düşüncə masamın üzərinə yatırmamışam. Yəni mən bunu eləsəm nə qazanaram, bunu eləməsəm nə itirərəm deyə heç düşünmədim. Açığını deyirəm ki, bütün bu qərarları sanki mən eləməmişəm, hər şey öz-özünə belə alınıb. Bəzən düşünürəm ki, axı niyə belə oldu, o ağır itkidən və digər problemlərdən yayına bilərdimmi. Yayına bilmədim, imtahanım ağır oldu. Qeyd etdiyiniz ifadəni də ona görə işlətmişəm ki, ey qafillər, ağzınızdan çıxan sözü qulağınız duysun. Qarşısındakına dəyər verə bilməmək, boş-boş  və imansız danışmaq o insanın öz dəyərsizliyidir. Oyununuzu pozan adama etirazınızı edin, sözüm yox, amma cəsarətiniz çatırsa haqqını da deyin, böhtan atmayın. Atdığınız böhtanlar sizi zəlalətə sürükləyəcək, bədəlini ağır ödəyəcəksiniz.

- Milli Şuranın kənarındakı siyasi düşərgənin  bu məsələlərdə münasibət və mövqelərini necə gördünüz?

Sərdar Əlibəyli, 
məxsusi olaraq Moderator.az üçün

Davami var...  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yollar qar və buzdan təmizlənir - VİDEO

Yollar qar və buzdan təmizlənir - VİDEO

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

Qaz limiti ilə bağlı RƏSMİ AÇIQLAMA

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

71 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Su arxında kişi meyiti tapıldı

Su arxında kişi meyiti tapıldı

Rusiya gerbini dəyişdi

Rusiya gerbini dəyişdi

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

Gəncə stadionu bu tarixdə "Kəpəz" klubunun ixtiyarına veriləcək

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev ailəsi ilə “Bakı Ağ Şəhər”də - FOTO

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

Gürcüstanda iki Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Altay Göyüşovun məhkəməsi başladı

Altay Göyüşovun məhkəməsi başladı

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

DOST mərkəzləri bayram günlərində İŞLƏYƏCƏK? – RƏSMİ AÇIQLAMA

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

FAKTİKİ HAVA: Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta var

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

Hərbçimiz yol qəzasında HƏYATINI İTİRDİ - FOTO

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

“Qərbi Azəri” platformasından 1 milyard bareldən çox neft hasil edilib

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Ronaldo “inşallah” dedi, hamı alqışladı – VİDEO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Müğənninin əməliyyatdan sonra bədəni çürüyür? – FOTO

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Sevgilisinə şüşə ilə xəsarət yetirən qadına HÖKM OXUNDU

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Vaşinqtonda uzun illər ərzində Azərbaycana qarşı dominant qərəz olub - Amerikalı ekspert

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Plastik qablardan su içmək sağlamlığa zərərlidirmi?

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Yasamalda kişi dərmandan zəhərlənərək VƏFAT ETDİ

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

Abramoviç "Çelsi"dən əldə etdiyi pulları Ukraynaya köçürməkdən imtina etdi

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - VİDEO

Tamaşa zamanı başına qapı düşdü – FOTO

Tamaşa zamanı başına qapı düşdü – FOTO

End of content

No more pages to load

RADİO