“Talışı Azərbaycansız, Azərbaycanı da talışsız təsəvvür etmək mümkün deyil”x9d

Son zamanlar Azərbaycanda yenidən etnik zəmində qarşıdurma yaratmaq istəyən dairələr fəallaşıb. Ölkə içərisində özlərinə tərəfdaş tapa bilməyən bu qüvvələr xaricdə özünə yuva salmış bəzi üzdəniraq “millət fədailəri”x9dni önə çıxarmaq, onların dili ilə öz məkrli xa0planlarını həyata keçirmək istəyirlər. Bu sıradan, xüsusilə xaricdə zaman-zaman Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan, özlərini talış xalqının sözçüləri kimi qələmə verən ünsürlərdən istifadə olunur. Onlar üçün Moskvada, Tehranda, İrəvanda konfranslar təşkil edilir, radio-televiziya tribunaları yaradır. Məqsəd isə Azərbaycana, Azərbaycan dövlətçiliyinə bağlı olan yerli talışları özlərinin çirkin planlarına alət etməkdir.
Moderator.az - ın əməkdaşı bu məsələylə bağlı adı talış liderləri sırasında hallanan, Hollandiyada mühacir həyatı yaşayan tanınmış xa0hüquqşünas Ataxan Əbilovla FB aracılığı ilə virtual həmsöhbət olub. xa0

- Ataxan bəy, siz də adı talış liderləri sırasına daxil olan şəxslərdənsiniz. Soruşmaq istəyirdik ki, son zamanlar xa0Ermənistanda, Belarusda, Rusiyada nə baş verir?xa0

- Artıq 8 ildir ki, Avropada yaşayıram, amma Azərbaycan Respublikasının vətəndaşıyam. Təvazökarlıqdan uzaq da olsa, özümü Azərbaycanın müstəqilliyinin əldə olunmasında zəhməti keçən adamlardan biri hesab edirəm. Azərbaycan çox etnoslu dövlətlərdən biridir və bunda qeyri-adi bir şey görmürəm. Dünyada belə hesab edirlər ki, hazırda 2 500 etnos var. Amma cəmi 200-ə qədər dövlət mövcüddür. Bir az da dəqiqləşdirsək bu günə 193 BMT üzvü olan dövlət mövcüddür. Yəni demək istəyirəm ki, dünya dövlətlərinin mütləq əksəriyyəti çoxmilli, çoxetnoslu tərkibə malikdir. Bizim dövlətimizə də Azərbaycana qanı və ətilə bağlı olan çoxlu etnoslar şərikdir. Mən də həmin etnoslardan biri olan talış xalqının nümayəndəsiyəm. Azərbaycanda gedən proseslərlə ciddi şəkildə maraqlanıram, Vətənimizdə normal vətəndaş cəmiyyətinin qurulmasında maraqlıyam və fəaliyyətimiz də məhz bu istiqamətdədir. Bu müstəvidə kimsə bizi "talış lideri" və ya "Azərbaycan lideri" kimi görürsə, bu artıq həmən şəxsin öz işidir. Hədəf olaraq heç bir vaxt liderlik haqqında düşünməmişik. Bir daha qeyd edirəm, məqsəd normal, müasir dünyamıza yaraşan sivil cəmiyyət quruculuğudur.
Sualınızın ikinci hissəsinə, yəni son zamanlar Ermənistanda, Belarusda, Rusiyada nəyin baş verməsinə gəldikdə isə deyə bilərəm ki, bu barədə mən də mətbuatda gedən informasiyalar çərçivəsində bilgiliyəm. Bəlkə də Siz məndən daha çox məlumatlısınız. Ola bilər ki, bu barədə gedən hansısa məlumatı ötürmüşəm, tanış olmağa imkan tapmamışam.

- Son məsələlərlə bağlı Azərbaycanda millət vəkili Fazil Mustafanın və başqalarının açıqlamaları olub. Yəqin ki, həmin açıqlamalarla tanışsınız. Bu barədə nə deyə bilərsiniz?xa0

- Əlbəttə ki, hansısa bir açıqlamaya münasibət bildirməkdə problem görmürəm. Avropada olduğum gündən etibarən facebook səhifəmdə hər gün fikirlərimi bölüşürəm. Hesab edirəm ki, əgər dəyərlər müzakirəyə çıxarılarsa, çox şey aydın olar. İnsanların fərdi şəkildə bir-birinin üstünə getməsi, və bu çərçivədə Azərbaycanı son iki onillikdə idarə edən hakimiyyətin rıcaqlarına güvənməklə təhqir, hədə-qorxu, mənasız hay-küylərlə baş qatması sadəcə emossiyaları qızışdırır. Ümumilikdə isə Azərbaycan uduzur. Milli məsələ bütün dövrlərin ən həsas məsələsidir. Bu zaman dünyada ümumən qəbul edilən prinsip və normalara söykənmək lazımdır. Sual oluna bilər: Avropa Şürasında Azərbaycanı təmsil etməyiniz nə, onun elan etdiyi dəyərlərlə ayaqqabınızı silməyiniz nə? Belə məsələlər kiminsə arzu və istəyilə tənzimlənmir. Milli təəssübkeşlik təbii instinkdir. Əgər məndə bu varsa, qəbul etməliyəm ki, başqaları da həmin instinktin daşıyıcıları ola bilər. Belə hiss bütün canlılarda var. Vəhşi heyvanlar belə öz həmçinsinin ətini yemir. Burası məlumdur. İnsanı digər canlılardan fərqli edən onun şuura malik olmasıdır. Kamil insan tək öz millətini deyil, başqa millətlərə də hörmət və izzətlə yanaşmağı bacarmalıdır.

- Ataxan müəllim, xaricdə yaşayaraq özünü talış lideri kimi qələmə verən bəzi talışlar güya “Talışıstan”x9d yaratmağa cəhd edirlər. Talışıstan iddia etmək seperatçılıq deyilmi? Axı biz federativ dövlət deyilik, Konstitusiya görə Azərbaycan unitar dövlətdir. Ümumiyyətlə Talışıstan iddialarına münasibətinizi bilmək istərdik.

- Talış Azərbaycanın fündamentində dayanan xalqlardan biridir. Talışı Azərbaycansız, Azərbaycanı da talışsız təsəvvür etmək mümkün deyil. Qeyd etdiyim ki, Azərbaycan dövləti həm də talışların dövlətidir. Hər bir münasibət qarşılıqlı hüquq və vəzifələrdən ibarətdir. Hüquq münasibətləri nəzəriyyəsində bir "vicdanlılıq" anlayışı var. Yəni sübyektlər baş vurduğu hüquq münasibətində özlərini vicdanlı aparmalıdırlar. Talışların mütləq əksəriyyəti Azərbaycanın vicdanlı vətəndaşlardır. Bu mənada onlar vətəndaşlıq münasibətlərindən irəli gələn vəzifələrini də vicdanla yerinə yetirir. Məncə diqqəti bu mütləq əksəriyyətə yönəltmək lazımdır. Təəssüf ki, bizim KİV bü mütləq əksəriyyəti görmür, onların dərd-sərilə maraqlanmır, daha çox gərginlik, nə talışa, nə də bütövlükdə Azərbaycan lazım olmayan məsələlərə dah çox diqqət çəkir. xa0Dövlət - vətəndaş münasibətləri tək vətəndaşın öz vəzifələrini vicdanla yerinə yetirməsiylə qurtarmır. Dövləti təmsil edənlər də özlərini vicdanlı aparmağa borcludurlar. Müzakirə dəyərlər ətrafında getməlidir. Onu fərdlərin səviyyəsinə endirsən, gərginlik artacaq. Dəyərlər qarşısında isə haqsız sadəcə susmağa məcburdur.xa0

- Moskvadan yayımlanan “Talışıstan Milli Televiziyası”x9dna münasibətiniz necədir? Martın 7-də həmin televiziyanın 18-ci buraxılışında talış separatçılarının liderləri Fəxrəddin Aboszada və İsmayıl Şabanovun 27 fevral 2016-cı il tarixində İrəvanda "Azərbaycanın köklü xalqları" elmi konfransındakı çıxışlarını yayımlanmışdı. Hansı ki, həmin çıxışlarda dövlətimizin əleyhinə çıxışlar edib, ermənilərin regionda talışların əsas tərəfdaşı olduğunu, Rusiyanın, İranın da talışların mövqeyini müdafiə etdiklərini səsləndirmişdilər.

- Mən bu sualınıza cavab verdim. Təkrarçılıq olmasın, bir də deyim, talış Azərbaycanın fundamentində dayanan xalqlardan biridir. Talışı Azərbaycansız, Azərbaycanı da talışsız təsəvvür etmək mümkün deyil.

- Sualımı bir qədər dəqiqləşdirim o zaman. Jurnalist Aydın Canıyevlə bu barədə danışanda xa0demişdi ki, istər Fəxrəddin Aboszada, istərsə də İsmayıl Şabanov talış xalqının təəssübünü çəkmirlər. Bunlar Rusiyanın maraqlarını ifadə edirlər və bu çoxdan bəlli olan bir missiyadır. Siz də belə düşünürsünüzmü, "Talışıstan Milli Televiziyası" da Rusiyanın maraqlarına xidmət edir?

- Mən hüquqşünasam. Kimsəni ittiham etmək üçün əlimdə fakt olmalıdır. Sərəncamımda belə faktlar yoxdur. Eyni zamanda, dünyada yaşayan insanların sayı qədər mövqe müxtəliflikləri var. Nəzərə alın ki, mən fiziki olaraq kimsəni təhqir etmək fikrim yoxdur. Daşıdığım və müdafiə etdiyim dəyərləri Sizə bildirdim. Hesab edirəm ki, talışın televiziyası onun Vətənində olmalıdır. Bu həmən toplumun təbii hüququdur.xa0
Daha bir məqamı qeyd edim. Bəzən mənə elə gəlir ki, Azərbaycan höküməti qəsdən talışı bir alət olaraq Azərbaycana qarşı istifadə etməsinə səbəb və bəhanə verir. Hazırkı şəraitdə də bu məsələnin belə hay-küylə qabardılmasını təsadüfi hesab etmirəm. İqtisadi böhran dərinləşir, insanların avtoritar rejimdən narazılığı artır. Cəmiyyətə qorxu təlqin etmək, Azərbaycan xalqları arasında etimadsızlıq atmosferi yaratmaq, qarşılıqlı nifrəti artırmaq belə şəraitlər üçün hakimiyyətlərin əlində standart vasitədir.

- Son günlər iddia olunur ki, Rusiya Azərbaycana qarşı 23 ildən sonra yenidən “talış kartı”x9dndan istifadə etmək istəyir. Hətta bununla bağlı hazırda Rusiyaya qazanc dalınca gedən milli azlıqlarla danışıqların getdiyi barədə xəbərlər də dolaşır.

- Azərbaycan iqtidarını dünyada Rusiyanın beşinci kolonu adlandırırlar. Belə vəziyyətdə Rusiyaya əlavə kolon axtarışına çıxması bilmirəm nə qədər inandırıcı ola bilər. Milli məsələ dediyim kimi çox həsas məsələdir. İstisna etmirəm ki, bu məsələ hansısa beynəlxalq güclərin diqqət mərkəzini cəlb etməsin. Bununla bağlı çıxış yolları axtarmaq lazımdır. Hər bir halda bir-birini aşağılamaq və yaxud qorxu mühiti yaratmaq və s. çıxış yolu ola bilməz. Ona görə deyirəm ki, dəyərlər atrafında birləşməliyik.

- Talış Mədəniyyət Mərkəzinin keçmiş sədri Novruzəli Məmmədovun qəbirüstünü əks etdirən xa0bir foto sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Həmin fotoda talış bayrağının əks olunduğu da iddia edilirdi və xa0milliyyətcə talış olan şəxslər qəbir üstündə talış bayrağı ilə olan fotonu kəskin tənqid edirlər. Bütöv bir toplumu bu məsələdə suçlamaq məsələni getdikcə təhlükəli hala gətirə bilərmi?xa0

- Bayraq qaldırmaqla bağlı onu deyim ki, mənim evimdə bir bayraq var. O, da Azərbaycan bayrağıdır. Fərdləri aşağılamaq lazım deyil, problemləri müzakirə etməliyik. Azərbaycanda bir dövlət bayrağı var. Digərlərinə isə müəssisə, cəmiyyət, nə bilim futbol komandası, hətta ailə bayraqları kimi baxın.

Rumiyyə MİRASLAN
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

End of content

No more pages to load

RADİO