"Atam gəlməyincə ailə qurmaram" - Dilqəm Əsgərovun oğlu

Moderator.az Ermənilər tərəfindən Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun azvision.az-a  verdiyi müsahibəni təqdim edir:

-Bu yaxınlarda Moskvaya getmişdiniz. Səfər nə ilə bağlı idi? Sizin Azərbaycanı birdəfəlik tərk etdiyinizi deyirdilər...

- Düzdür, Rusiyaya getmişdim, amma Azərbaycandan birdəfəlik çıxmaq kimi niyyətim yoxdur. Rusiyaya bir həftəlik getmişdim. Səfərimin məqsədi əmimim məhkəməsində iştirak etmək idi. 

- Mətbuatdan izlədiyimiz kimi, Dilqəm Əsgərov Kəlbəcərə bir neçə dəfə gedərək öz doğmalarının məzarını ziyarət edib. Ailənizin Dilqəmin Kəlbəcərə getməsindən xəbəri olurdumu?

- Atam Kəlbəcər həsrəti ilə yaşayırdı. O, Kəlbəcərdən söz düşəndə ora getmək istədiyini deyirdi. Atamın Kəlbəcərə getdiyini heç kim bilmirdi, geri dönəndən sonra məlumatımız olurdu. Axırıncı dəfə oturub nahar edirdik, atam babamla görüşmək istədiyini deyərək getdi. 

-Sonuncu dəfə Kəlbəcərə gedəndə xəbəriniz var idimi?

- Xeyr, xəbərimiz yox idi. Anam ondan şübhələnirdi. Evdə oturanda Kəlbəcərdə çəkdiyi kasetlərə baxırdı. O zaman bilirdik ki, atam Kəlbəcərə gedib.

-Dilqəm Əsgərovun Şahbaz Quliyev və Həsən Həsənovla yanaşı başqa bir şəxslə də Kəlbəcərə getdiyi haqda məlumatlar yayılmışdı. İndi o, şəxs hardadır, əlaqəniz var onunla?

-Atam Kəlbəcərə birinci dəfə Hidayət adlı bir nəfərlə getmişdi. Onun oğlu da itkin düşmüşdü. O, keçən ilə kimi Yevlaxda yaşayırdı. Səhv etmirəmsə, dünyasını dəyişib. İkinci dəfə isə atam qohumu Rəfi ilə gedib. O da bu yaxınlarda avtomobil qəzasında dünyasını dəyişib.

Mən bir məsələsini qeyd etmək istərdim. Dilqəm Əsgərovla Şahbaz Quliyevin üzərində qurulan qondarma məhkəmə zamanı atam haqda yazılan kitabdan danışılıb. Qondarma məhkəmədə atamdan soruşublar ki, bu kitabda ermənilərə qarşı böyük nifrət var. Atam da cavab verib ki, kitabı mən yazmamışam, gedin müəllifdən soruşun. Maraqlıdır ki, bu kitab ermənilərin əlinə necə düşüb?

- Dilqəmgilin girov düşdüyünü ilk dəfə kimdən öyrəndiniz?

-Mətbuatdan eşitdik. İlk dəfə Şahbazın şəklini gördük. 

-Erməni tərəfi iddia edir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev kəşfiyyatçıdır. Atanız girov düşənədək hansı işlə məşğul olub?

-Atam Rusiyanın Perm şəhərində işləyirdi. Meşədə ağac kəsib satırdılar. İldə iki dəfə evə gəlirdi. 

-Maraqlıdır, Dilqəm Əsgərov Şahbaz Quliyevlə harada tanış olublar?

-Məndə olan məlumata görə, onlar Permdə tanış olublar. Ondan sonra aralarında münasibət yaranıb. Yadımdadır, atam birinci dəfə Kəlbəcərdən gələndə dedi ki, arzuma çatdım, bundan sonra lap öldürsələr də vecimədeyil.

-Atanızla görüşmək üçün Qızıl Xaç Komitəsinə müraciət etmişdiniz. Nə cavab verdilər?

-Cavab gəldi ki, atamla görüşmək mümkün deyil. Amma atamla görüşsəm belə, ona danışmağa icazə verməzlər.

-Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Onun azad olunması üçün Rusiya prezidenti Vladimir Putinə də müraciət etmişdiniz...

-İki dəfə Putinə müraciət etmişəm. Cavab da gəlib. Sadəcə, müraciətin qeydə alındığını bildirdilər. 

- Atanızdan gələn məktubları saxlayırsınızmı? Mətbuata çıxmayan məktublar varmı?

- Əlbəttə, saxlıyıram. Məktubların çoxunda elə şeylər var ki, Qırmızı Xaç Komitəsi tərəfindən silinib. Məktublarında bir ata oğluna nə öyüd-nəsihət verirsə, atamda onları yazıb mənim üçün. Cinayətdən uzaq olmağımı, pis işlərlə məşğul olmamağımı məsləhət görüb. Məktublarda həmişə atasını soruşur. Sonuncu dəfə qondarma məhkəməyə çıxanda çox arıq idi. Anam məktub yazdı ki, niyə arıqlamısan? Atam cavab yazmışdı ki, pəhriz saxlayıram.

-Qondarma Qarabağ Respublikasının prezidenti Bako Saakyan Ramil Səfərovu girovlarla dəyişməyi təklif etmişdi. Bu barədə nə deyə bilərsiniz?

-Onda Koçaryanı bizə versinlər, biz də Ramili verək. 

- Eşitdiyimizə görə, bu yaxınlarda ailə həyatı qurmaq istəyirsiniz? 

- Atam gəlməsə, ailə həyatı qurmaram. İnşallah, atam gəlsin, ondan sonra toy çalınacaq. Atama görə qohumlarımız da toy eləmir. Bütün kənd onun qayıtmasını gözləyir. Sağ-salamaq qayıtması üçün qurban demişik. Əminəm ki, atam qayıdacaq. Buna şübhəm yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

Timatidən ona qarşı sanksiyaya CAVAB: "Vecimə də deyil!"

Timatidən ona qarşı sanksiyaya CAVAB: "Vecimə də deyil!"

Aktyordan sərt TƏNQİD: “Əyləncə adı altında biabırçılığı təbliğ edirsiniz!” - VİDEO

Aktyordan sərt TƏNQİD: “Əyləncə adı altında biabırçılığı təbliğ edirsiniz!” - VİDEO

Bakıda 30 il öncə törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

Bakıda 30 il öncə törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - Səbəbi TƏƏCCÜBLƏNDİRƏCƏK

Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - Səbəbi TƏƏCCÜBLƏNDİRƏCƏK

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Günün qəhrəmanı olan Samir keçən il də “Əlaçı” idi – VİDEO

Günün qəhrəmanı olan Samir keçən il də “Əlaçı” idi – VİDEO

Dövlət Baxçalı bu serialın bir bölümünü belə buraxmır

Dövlət Baxçalı bu serialın bir bölümünü belə buraxmır

ÇEMPİON güləşçilərimiz Vətənə qayıdıblar - FOTO

ÇEMPİON güləşçilərimiz Vətənə qayıdıblar - FOTO

Ərdoğan da uşaqla birlikdə AĞLADI - Prezident Sarayındakı görüşdən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Ərdoğan da uşaqla birlikdə AĞLADI - Prezident Sarayındakı görüşdən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

SON DƏQİQƏ: Dövlət Xidmətinin dörd vəzifəli şəxsi HƏBS EDİLDİ

SON DƏQİQƏ: Dövlət Xidmətinin dörd vəzifəli şəxsi HƏBS EDİLDİ

Bacısı öldürüldü, Çar Rusiyasına düşmən oldu... – Şəkili Səlim xanın 200 ildir sirri açılmayan MÜƏMMALI ÖLÜMÜ

Bacısı öldürüldü, Çar Rusiyasına düşmən oldu... – Şəkili Səlim xanın 200 ildir sirri açılmayan MÜƏMMALI ÖLÜMÜ

Birinci Liqa: “Səbail” və “Şimal” qələbə qazandı

Birinci Liqa: “Səbail” və “Şimal” qələbə qazandı

May ayına bir neçə gün qalıb... Bir metr qar yağdı

May ayına bir neçə gün qalıb... Bir metr qar yağdı

Aynişan bu dəfə geyimlərini satışa çıxardı - FOTO

Aynişan bu dəfə geyimlərini satışa çıxardı - FOTO

NAZİR növbəti 4 il üçün PREZİDENT SEÇİLDİ

NAZİR növbəti 4 il üçün PREZİDENT SEÇİLDİ

İran millisi dünya çempionatında iştirak edəcək

İran millisi dünya çempionatında iştirak edəcək

Azərbaycanda bu müddəalara DƏYİŞİKLİK ediləcək

Azərbaycanda bu müddəalara DƏYİŞİKLİK ediləcək

End of content

No more pages to load

RADİO