Astarada qayınatanın gəlinini döydüyü iddia olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə məlumatı kənd sakinləri veriblər.
Belə ki, Astara rayonunun Piləkəş kənd sakini Bəqəli Bayrut oğlu Nabatov oğlunun həyat yoldaşını azyaşlı övladlarının gözü qarşısında döyüb.
Hadisənin əks olunduğu görüntülərdə anasının döyüldüyünü görən uşaqların ağladığı müşahidə edilir.
İddialara görə, qayınatanın gəlinə zorakılıq göstərdiyi anlar kənd sakinlərindən biri tərəfindən mobil telefonla lentə alınıb.
Bizim.Media