“Avroviziya 2026”nın ikinci yarımfinalı başlayıb.
Bizim.Media xəbər verir ki, böyük maraqla gözlənilən musiqi yarışmasında Azərbaycanı Jiva səhnə adı ilə tanınan müğənni Cəmilə Həşimova təmsil edir.
O, iki nömrə altında səhnəyə çıxacaq. Jiva müsabiqədə “Just Go” adlı mahnını səsləndirəcək.
Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.
Qeyd edək ki, böyük final isə mayın 16-da təşkil olunacaq.
Bizim.Media