Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan kadrlarda dərman vurulduğu iddia edilən çiyələklərin qeyri-adi vəziyyətə düşdüyü görünür.
Bizim.Media xəbər verir ki, yayılan videoda meyvələrin rənginin dəyişərək ağarması diqqət çəkib.
İddialara görə, bu hal çiyələklərə vurulan kimyəvi maddələrin təsiri nəticəsində baş verib.
Görüntülər istifadəçilər arasında narahatlıq yaradıb və məhsulların təhlükəsizliyi ilə bağlı suallar doğurub.
Mövzu qısa zamanda sosial mediada geniş yayılıb və müxtəlif rəylərə səbəb olub. Bəzi istifadəçilər bunun pestisid və ya digər aqrokimyəvi maddələrin təsiri olduğunu qeyd etsə də, digərləri görüntülərin həqiqiliyinin araşdırılmalı olduğunu bildirib. (milli.az)
Bizim.Media