ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden ABŞ prezidenti Donald Trampın oğulları – Donald Tramp Jr. və Erik Trampı qəfəs döyüşünə çağırıb.
Bizim.Media xəbər verir ki, sabiq prezidentin oğlu bu barədə videomüraciət yayıb.
Hanter Bayden bildirib ki, rejissor və kontent yaradıcısı Endryu Kallaqan onunla əlaqə saxlayaraq belə bir döyüş təşkil etmək istədiyini deyib.
“Düşünürəm ki, o, mənim Erik və Don Jr.-a qarşı qəfəs döyüşü təşkil etməyə çalışır. Əgər bunu reallaşdıra bilsə, mən tam razıyam,” – deyə Bayden sosial şəbəkədə qeyd edib.
Endryu Kallaqan isə “USA Today” nəşrinə göndərdiyi e-poçtda bildirib ki, Hanter Baydenin bu açıqlamalarını zarafat kimi qiymətləndirir. Bununla belə, o əlavə edib ki, əgər Donald Tramp Jr. və Erik Tramp razılaşarsa, belə bir döyüşün təşkilinə kömək etməyə hazırdır.
Hazırda döyüşün keçirilib-keçirilməyəcəyi və ya konkret vaxtı ilə bağlı heç bir rəsmi məlumat yoxdur.
Bizim.Media