Paytaxtın Binəqədi rayonunda azyaşlının avtomobil idarə etməsi ilə bağlı kadrlar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə görüntülər göndərilib.
Görüntüləri göndərən şəxs qeyd edib ki, demək olar, hər gün Heydər məscidinə yaxın ərazidə bir qrup insan maşınlarını azyaşlılara verirlər.
Onlar da yolda təhlükəli vəziyyət yaradırlar.
Şikayətçilər bu barədə tədbir görülməsini xahiş edirlər.
Bizim.Media