Sumqayıt şəhərinin 41-ci məhəllə adlanan ərazisində yaşayan sakinlər ciddi təhlükə ilə üzləşdiklərini bildirirlər.
Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, həmin ərazidə tək yaşayan Şahhüseyn Qəmbərov mütəmadi olaraq həyətdə oynayan uşaqlara qarşı aqressiv davranışlar sərgiləyir və əlində bıçaqla onların üzərinə hücum edir.
Bu səbəbdən valideynlər artıq uşaqlarını həyətdə oynamağa buraxmaqdan çəkinirlər.
Bundan əlavə, ərazi sakinləri bildirirlər ki, Ş.Qəmbərovun yaşadığı evi evdə eyri-qanuni və ictimai əxlaqa zidd halların baş verdiyi müşahidə olunur.
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, araşdırma aparılır.
Qeyd edək ki, KİV-də gedən məlumatlara əsasən, 2023-cü ildə sözügedən şəxs tərəfindən həmin məhəllədə yaşayan 13 yaşlı uşaq bıçaqlanıb.
Naibə Məmmədova, Bizim.Media