Ukrayna dronları Nijni Novqorod vilayətində LUKOIL neft emalı zavoduna zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.
Zərbədən sonra müəssisə ərazisində güclü yanğın başlayıb, şahidlər bir neçə partlayışın baş verdiyini və sənaye zonası üzərində qalın tüstünün qalxdığını bildirirlər.
Xatırladaq ki, LUKOIL şirkətinin yaradıcısı Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.


Bizim.Media