İran üzərində vurulan “F-15E” təyyarəsinin pilotlarınınn axtarışı məqsədilə ABŞ tərəfindən “F-35” qırıcısı, dronlar və axtarış helikopteri göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
İddia olunur ki, onlar pilotları xilas etmək üçün əməliyyat keçirirlər.
SEPAH-a yaxın teleqram kanalları isə ABŞ pilotunun əsir götürüldüyünü, axtarış helikopterinin vurulduğunu yazıblar.
Hələlik ABŞ tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media