Kürdəmirdə idarəetmədən çıxan avtomobil mağazaya daxil olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, VAZ 2103 markalı avtomobilin sürücüsü həmin istiqamətdə hərəkətdə olarkən qəfildən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı mağazaya çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da mağazaya ciddi ziyan dəyib.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu