Ukraynanın Kiyev vilayətinin Vışnevo şəhərinə Rusiya tərəfindən PUA-larla hücum edilib.
Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, dronlardan biri uşaq bağçası ilə məktəbin arasına düşüb.
Hücum dərs zamanı, uşaqlar binalarda olarkən baş verib.
Nəticədə, yaxınlıqdakı yaşayış binalarında pəncərələr sınıb, eyvanlar zədələnib. Monitorinq qrupları raketlərlə bağlı əlavə kəşfiyyat işlərinin aparıldığını bildirirlər. Məlumata görə, dronlar hələ də hava məkanındadır.
Bizim.Media