İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi "İslam Respublikası Günü" ilə bağlı tədbirdə iştirak edirlər.
Bizim.Media xəbər verir ki, rəsmilər xalqa qarışıb, onlarla birlikdə mitinqə qoşulublar.
Ölkənin yerli televiziyasına müsahibəsində Əraqçi bildirib ki, tədbirə insanların mənəvi ruhunu yüksəltmək üçün qatılıb.
Qeyd edək ki, 1 aprel 1979-cu ildə keçirilmiş referendumun və İranın siyasi sistemi olaraq İslam Respublikasının seçilməsinin ildönümüdür.

Bizim.Media