Hacıqabul rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol qəzası zamanı 3 nəfər xəsarət alıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.
"Opel" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanlar - M.Ağayev, Ə.Əhmədova və İ.Əhmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media