Bakı şəhərinin Xəzər rayonu, Əliağa Vahid küçəsində çirkab suyun yola toplanması sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a sakinlər tərəfindən şikayət daxil olub.
Bildirilib ki, mənbəyi məlum olmayan sular yola yığılaraq əraziyə yayılır. Nəticədə küçə palçıq içərisindədir, ərazidə antisanitar şərait hökm sürür.
Sakinlərin sözlərinə görə, yaranmış vəziyyət həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaradır.
Bizim.Media