İranın müxalifət mediasında və sosial şəbəkələrdə Müctəba Xameneinin ölkədən çıxmaq üçün istifadə edə biləcəyi xüsusi təyyarənin vurulduğu barədə təsdiqlənməmiş məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, ilkin iddia “Edalat-e Ali” qrupu tərəfindən səsləndirilib. Həmin versiyaya əsasən, hədəf İranın ali rəhbərliyinə xidmət göstərən xüsusi aviasiya dəstəsinə aid təyyarə olub.
İddia edilir ki, mümkün zərbənin məqsədi Müctəba Xameneinin İranı tərk etməsinin qarşısını almaq olub.
Bununla belə, bu məlumat hələlik rəsmi mənbələr və ya aparıcı beynəlxalq media tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı İran hakimiyyəti tərəfindən də açıq təsdiq verilməyib.
Bizim.Media