İranda "Müqəddəs Qüds" günü ilə bağlı yürüş keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Tehranda baş tutan, minlərlə insanın qatıldığı yürüşə İran Prezidenti Məsud Pezeşkian da qatılıb.
Xatırladaq ki, "Müqəddəs Qüds" günü hər il Ramazan ayının sonuncu cümə günü keçirilir.
Onun təşəbbüskarı İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyni olub. Tədbirin hədəfi Fələstin xalqı ilə həmrəliyi nümayiş etdirməkdir. "Müqəddəs Qüds" günü 1979-cu il fevral inqilabından sonra hər il keçirilir.
İnsanlar küçələrə çıxır, Fələstin xalqına dəstək ifadə edir, ABŞ və İsrailə qarşı şüarlar söyləyirlər.
Bizim.Media